Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Dağlıq Qarabağ “Euronews”da: “Bu, qonşularının torpağını işğal edənlərə baha başa gələcək”

Dünyanın 155-dən çox ölkəsində 350 milyon tamaşaçısı olan Euronews telekanalının saytında Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən hazırlanmış məqalə dərc edilib. Saytda məqaləyə əlavə olaraq TEAS-ın direktoru Lionel Zetterin münaqişəyə dair video şərhi də yerləşdirilib. (http://www.euronews.com/2016/05/17/nagorno-karabakh-an-azeri-perspective/)

 Publika.az məqalənin tərcüməsini təqdim edir.

 Vətəndaşlarının hərəkətləri hüquqi qanunlar çərçivəsində tənzimləməyən dövlət mövcud olmadığı kimi, dünya da beynəlxalq hüquq normaları olmadan keçinə bilməz. Beynəlxalq hüququn əsasını isə dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı təşkil edir.

 Ərazi bütövlüyünün pozulması müharibəyə, hərc-mərcliyə və qırğına səbəb olur. Son iyirmi beş ildə biz Cənubi Qafqazda məhz bunları görürük. Beynəlxalq hüququn bu vacib prinsipi təşviq edən və bu prinsip pozulduğu halda sanksiyalar tətbiq edə bilən beynəlxalq təşkilatın müdaxiləsi zəruridir. Öz qonşuluğunda yerləşən dövlətin torpağını işğal edənlər bunun onlara baha başa gələcəyini bilməlidir.

 Xoşbəxtlikdən belə bir təşkilat var. Bu Birləşmiş Millətlər Təşkilatıdır və bu təşkilatın mövqeyi hamıya bəllidir. Onun Təhlükəsizlik Şurası dörd (822, 853, 874 və 884), Baş Assambleyası isə bir qətnamə (62/243) qəbul edib. Bunların hər birində erməni işğalı altında olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun Azərbaycan torpaqları olması ifadə edilib. Bu qətnamələr erməni işğalçılarının bu torpaqlardan çıxmalarını da tələb edir.

 BMT-nin mövqeyi kifayət etməlidir. Baxmayaraq ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi  beynəlxalq təşkilatlar da eyni mövqeyi təkrarlayır və dəstəkləyir.

 Azərbaycan torpaqlarının işğalına görə, Ermənistanın məsuliyyəti Avropa İnsan Haqları Məhkəməsi tərəfindən “Ermənistan tərəfindən

Dağlıq Qarabağ və ətraf rayonların üzərində effektiv nəzarət həyata keçirilir” kimi ifadə də təsdiq edilib.

 Silah gücünə yaratdığı oyuncaq “dövləti”, hətta Ermənistan belə bu günədək tanımayıb. Əlbəttə, ermənilərə öz vətəni olan Ermənistan lazımdır. Bu ölkənin çox zəif iqtisadiyyatı və günbəgün azalan əhalisi var. Bu onun öz işğalçı mövqeyindən əl çəkməsi, beynəlxalq yardımlardan asılılığını azaltmaq məqsədi ilə iqtisadiyyatını gücləndirməsi üçün əsasdır.

 Multikultural ölkə olan Azərbaycanda ermənilər hər zaman yaxşı yaşayıb, Dağlıq Qarabağa ən yüksək səviyyəli muxtariyyət təklif olunub. Azərbaycan hökuməti, Azərbaycan xalqı, yüz minlərlə qaçqın və məcburi köçkün ailələri uzun illər səbr ediblər. ATƏT-in Minsk qrupunun problemin həllinə diplomatik yol ilə nail olmaq üçün çox şansı olub. O, Madrid prinsiplərini irəli sürüb. Bu yol azərbaycanlıların və ermənilərin yenidən bir yerdə yaşamasını nəzərdə tutur. Azərbaycan bunu qəbul, Ermənistan isə rədd etdi. Status-kvo Ermənistanın əraziləri əlində saxlamasıdır. Münaqişənin həllinə dair danışıqlar isə status-kvonu  dəyişə bilər.

 Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı bəyan edib ki, adam başına düşən qaçqın və məcburi köçkünlərin sayına görə Azərbaycan dünyada birincidir. Onlara yaxşı qayğı göstərilməsinə baxmayaraq, hər biri öz dədə-baba torpaqlarına qayıtmağa can atır.

 Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun öz ailə üzvlərinin məzarlarını işğal altındakı torpaqlarda ziyarət etmək cəhdləri Ermənistan tərəfindən zorakılıqla qarşılanıb. Onlardan biri öldürülüb, digər ikisi isə həbsə məhkum olunub.

 İşğal edilmiş ərazilərdə ermənilərin qəddar rəftarını görməsinə baxmayaraq, qaçqın və məcburi köçkünlər əsrlər boyu olduğu kimi erməni qonşuları ilə bir yerdə yaşamaq istədiklərini bildirirlər.

 Mono etnik Ermənistandakı vəziyyətdən kəskin fərqli olaraq multikultural Azərbaycanda yəhudi, ortodoks, katolik və protestant icmalar birgə tolerant şəraitdə yaşayır.

 Sülh hələ mümkündür, lakin o suverenlik və ərazi bütövlüyünün toxunulmazlığı üzərində qurulmalıdır.

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031