“Vyana görüşü Qarabağ böhranına son qoymalıdır”
Ermənistan və Azərbaycan prezidentlərinin Vyanada əldə etdikləri razılıq Qarabağdakı aprel gərginliyə son qoymalıdır.
Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında Dumanın MDB məsələləri üzrə komitəsinin rəhbəri Leonid Slutski söyləyib:
“Artıq Qarabağ probleminin sonlandırılması bu gün üçün çox vacibdir. Qarabağ konfliktinin həlli gələcək nəsillərə qalmamalıdır”.