Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Tomas de Vall: “Qarabağda müharibə yenilənə bilər” – MÜSAHİBƏ

“Karnegi” fondunun Cənubi Qafqaz və Asiya üzrə eksperti, britaniyalı jurnalist Tomas de Vall Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətlə bağlı Rusiya KİV-nə müsahibə verib.


– Qarabağ zonasında gərginlik bir qədər yatıb. Bu sakitlik uzun müddət davam edə bilərmi?

– Qorxuram ki, yox. Vəziyyət hələ də kövrək olaraq qalır. Həqiqətən də münaqişənin yenilənməsinə dair qorxular var. Azərbaycan yeni siyasi prosesin başlanmasını istəyir, erməni tərəfi atəşkəsin möhkəmləndirilməsini. Qorxuram ki, yaxın aylarda münaqişəyə dair ciddi sıçrayış olmayacaqsa, müharibə yenilənə bilər. Vəziyyət həqiqətən də ekstremaldır.

– Necə düşünürsünüz, bu vəziyyətdə Rusiyanın maraqları nədir? Moskva müharibəyə qarışacaqmı? Ümumiyyətlə Rusiya münaqişənin həllini, yoxsa eskalasiyasını istəyir?

– Bu barədə nəsə demək çətindir. Amma bir məsələni inamla demək olar: Ukrayna və gürcü münaqişələrindən fərqli olaraq Qarabağda vəziyyəti Rusiya idarə etmir, orada onun sülhməramlıları yoxdur. Bundan başqa, Rusiyanın hər iki ölkədə maraqları var. Düşünürəm ki, münaqişənin yenilənməsi Rusiyaya dəqiq lazım deyil. Çünki onun Ermənistanla hərbi öhdəlikləri var, Azərbaycanla isə münasibətlərini korlamaq istəmir. Yeni müharibədə Rusiya hər iki tərəfi dəstəkləməyə məcbur olacaq ki, bu da onun maraqlarına uyğun deyil. Ehtimal ki, Rusiya münaqişənin həllini istəyir. Lakin o şərtlə ki, bu, onun təşəbbüsü altında baş verməlidir. Mümkündür ki, Rusiya münaqişə zonasına öz sülhməramlılarını yerləşdirmək və Cənubi Qafqazda öz təsirini gücləndirmək istəyir. Lakin son söz İlham Əliyev və Serj Sarkisyanındır. Fikrimcə, onların heç biri müharibə istəmir. Lakin müharibənin başlama riski böyükdür və bu hər an baş verə bilər.

– Regionda Türkiyə, İran kimi ölkələr hansı addımı ata bilər?

– Türkiyə yeni müharibədə dəqiq maraqlı deyil. O, Azərbaycanı qəti şəkildə dəstəkləyir. Türkiyə amili Azərbaycanın sakitləşdirilməsində rol oynaya bilər. İrana gəlincə, o, regionda yeni amildir. İran yavaş-yavaş regiona qayıdır, lakin bu proses yavaş gedir. İran da müharibədə maraqlı deyil, çünki hər iki ölkə ilə qonşudur. Ümid edirəm ki, İran daha dinamik rol oynaya bilər.

– Ümumiyyətlə münaqişənin xüsusiyyətləri nədir?

– Burada milli emosiyalar güclüdür, hər iki tərəfdə xalq Qarabağla nəfəs alır. Bu baxımdan, ictimaiyyətin liderlərə təsiri böyükdür. Ermənistanın torpaqları işğal etməsi Azərbaycan üçün qəbuledilməzdir. Ümumiyyətlə münaqişə mürəkkəb coğrafiyada yerləşir.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031