Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Qardaş xalqların ədəbiyyatından – Əbdülhəmid Çolpan

Ötən yüzilliyin birinci yarısında özbək ədəbiyyatında milli ruhun, azadlıq duyğularının əks olunduğu bədii əsərlər qələmə alınır. Bu məzmunda əsərləri ilə məşhur olan müəlliflər arasında şair, yazıçı-dramaturq, tərcüməçi Əbdülhəmid Çolpan da var idi.

Əbdülhəmid Süleymankul oğlu Çolpan 1893-cü ildə Özbəkistanın Əndican şəhərində anadan olub. Atası savadlı və dövrünün tanınmış şairlərindən idi. Əbdülhəmid məhəllə məktəbində, sonra Əndican və Daşkənd mədrəsələrində təhsil alır. Rus dilini öyrənir, rus ədəbiyyatı və Avropa xalqlarının mədəniyyəti ilə yaxından tanış olur. Bu ərəfədə çar II Nikolay 1905-ci ildə Oktyabr manifestini imzalayır. Bu sənəd Dövlət Dumasının çağırılmasına, ucqarlarda mətbuat orqanlarının nəşrinə qismən icazə verir.
O dövrdə İsmayıl Qaspıralı, Mahmudhoca Behbudi, Münəvvər Kaan və başqa türk-müsəlman ziyalıların nəşr etdikləri qəzet-jurnallar Ə.Çolpana güclü təsir edir. O, “Sadai-Türkistan”, “Sadai Ferqana” və “Türkistan” qəzetlərində məqalələrlə çıxış edir.
Rusiyada Oktyabr inqilabından (1917) sonra 20-ci illərdə Özbəkistanda da sovet hakimiyyəti qurulur. O illərdən Ə.Çolpanın həyatında ən gərgin və ziddiyyətli dövr başlayır. Bolşeviklərin özbaşınalıqları xalqda etiraza səbəb olur. Şair xalqının azad və xoşbəxt gələcəyi naminə yerlərdə maarifçilik işi aparır. Odlu-alovlu şeirləri “Özbək gənc şairlər” (1922) adlı topluda dərc edilir. “Bulaqlar”, “Oyanış” (1924), “Tan sırları” (1926) kitabları müəllifə geniş şöhrət gətirir. Kitablarda yer alan şeirlər özbək ədəbiyyatında simvolizmin xarakterik nümunələri kimi qəbul olunur. Ancaq sovet məmurları bu şeirləri birmənalı qarşılamır, şairi millətçi, quruluşun qatı düşməni elan edirlər. Buna baxmayaraq, şair yolundan dönmür, 1930-cu illərdə “Saz və cor” adlı şeir kitabını nəşr etdirir. Çolpanın şeirlərində zamanın ruhu, cəmiyətin ictimai-siyasi vəziyyəti aydın sezilir. Şair fikrini oxucusuna şüarçılıqla deyil, poetik çalarlarla çatdırır.
Vətəninin işğalı, müstəqilliyin itirilməsi, xalqın savadlı övladlarının təqib edilməsi mübariz şairi çox narahat edir. Qəlbindən keçənləri, hiss və duyğularını misralara köçürür.

Əlimdə süngü daş oldu,
Yağıya atmaq istərəm.
Gözümdə süngü yaş oldu,
Arzuya yetmək istərəm.

Tədqiqatçı Əli Şamil araşdırmasında yazır ki, şair özbək xalqının başına gətirilən faciələri açıq şəkildə, ürək ağrısı ilə qələmə alır. Ancaq təhdidlərdən yayınmaq üçün əsərlərdəki hadisələrin Özbəkistanda deyil, Misirdə, Çində baş verdiyini göstərir. Onun bu səpkidə yazdığı “Nil qızı”, “Çin təranələri” şeirləri olduqca maraqlıdır. Bu əsərlərdə xalqın müstəqillik arzusu dilə gətirilir. Şair “Nil qızı” şeirində yazır:

Bütün həyatını bir zəhər sarmış,
Fəllahın bəxtini kimlər oyadar.

Dəfələrlə həbs edilən mübariz şair öz amalından dönmür, xalqın hürriyyəti naminə yorulmadan çalışır. “Parlaq ay”, “Xəlil Fereng”, “Çörinin üsyanı”, “Yarqınay”, “Muştumzor”, “Qartay Qarşıbayev”, “Hücum” və s. pyesləri, “Gecə və gündüz” romanı ilə oxucuların sevimlisinə çevrilən milli ruhlu ədib eyni zamanda U.Şekspirin “Hamlet”, A.Puşkinin “Boris Qodunov” və “Dubrovski”, M.Qorkinin “Ana” əsərlərini özbək dilinə çevirib.
1925-ci ildə rəsmi dairələr tərəfindən müəllifin əsərlərinin nəşri tədricən məhdudlaşdırılır və 1937-ci ildə tamam dayandırılır. Həmin il Özbəkistan Yazıçılar İttifaqının iclasında şair kəskin şəkildə tənqid edilir. Millətçilikdə və əksinqilabi fəaliyyətdə günahlandırılan ədib həbs edilir və uzun sürən istintaqdan sonra 4 oktyabr 1938-ci ildə güllələnir.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031