Qarabağda erməni əsgər məhv edildi
Cəbhədə daha bir işğalçı əsgər məhv edilib. Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, işğalçı ordunun 20 yaşlı hərbi qulluqçusu Xaçatur Arutunyan ölüb. Hadisənin cəbhənin cənub istiqamətində Xocavənd rayonu bölgəsində qeydə alındığı bildirilir.
“17 may gecə 00.50-da təmas xəttinin cənub hissəsində erməni hərbçi Xaçatur Aratunyan döyüş postunda güllələnib”, – deyə düşmən ölkənin Müdafiə Nazirliyi də xəbəri təsdiq edib.