Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Rusiya: “Azərbaycan ermənilərə çox ağır zərbə vurub” – STATİSTİKA – FOTO

“Azərbaycan hazırda hərbi-texniki təminat, ordusunun müdafiə və hücum imkanları baxımından Ermənistandan dəfələrlə güclüdür. Bunu faktlar da sübut edir”.
Rusiya Hərbi və Siyasi Analiz İnstitutunun direktor müavini, tanınmış hərbi ekspert Aleksandr Xramçixinin “Nezavisimaya Qazeta”da dərc olunmuş “Qarabağ sınığı əbədidir” (“Karabaxskiy razlom veçen”) başlıqlı məqaləsində belə deyilir.

“Aprel ayında Dağlıq Qarabağda yaşanan “mini-müharibə” eyni zamanda həm qəfil, həm də çox gözlənilən idi. Gözləniləndi ona görə ki, siyasi demaqogiya olmadan kimsə indiyədək bu münaqişənin həll yolunu göstərə bilməyib. İntensiv hərbi əməliyyatlar 22 il əvvəl başa çatsa da, onların yenidən başlanması öz-özlüyündə qəfil deyil.
Azərbaycan Ermənistan üzərində hərbi üstünlük qazanmaq üçün böyük səylər göstərib və bunu hazırkı qüvvələr nisbəti də göstərir.

Azərbaycanın silahlı qüvvələrində hazırda 100 T-90, 379 T-72 tankı, habelə 98 T-55 tankları var. T-55 tanklarının istifadədən çıxarılaraq İsrailin “Ahzarit” ağır zirehli maşını təki yenidən modifikasiya olunacağı gözlənilir.
Ermənistanınsa 137 T-72 tankı, 8 T-55 tankı var. Dağlıq Qarabağ erməniləri 140 T-72 tankına və 34 T-55 tankına malikdirlər.
Göründüyü kimi, Azərbaycanın üstünlüyü aşkardır.
Piyadaların döyüş maşınları (BMD) və desantın döyüş maşını (BDM) sarıdan da Azərbaycan irəlidədir. Azərbaycan ordusunda 20 BMD-1, 21 BRM-1K, 63 BMP-1, 186 BMP-2 və 101 BMP-3 varsa, Ermənistan 10 BMD-1, 12 BRM-1K, 167 BMP-1 və 5 BMP-2-yə malikdir.

Dağlıq Qarabağ ermənilərinin 5 BRM-1K, 80 BMP-1 və 153 BMP-2-si var.

Zirehli transportyorlar (BTR) və zirehli maşınlara gəldikdə, Azərbaycanda 3 BTR-3U, 40 BTR-60, 239 BTR-70, 33 BTR-80, 70 BTR-80A, 11 BTR-D, CAR istehsalı olan 55 “Matador” və 85 “Marpoder” (onlar hazırda Azərbaycanda istehsal olunur), ən azı 35 “Kobra” (Türkiyə istehsalı) və 393 yüngül zirehli maşın var.
Ermənistanda bu rəqəmlər 6 BTR-152, 19 BTR-60, 54 BTR-70, 114 BTR-80 və 40 yüngül zirehli maşındır.
Qarabağlı ermənilərin cəmi 9 BTR-70-i var.

Gələk artilleriyaya. Azərbaycanın 150 özüyeriyən artilleriya qurğusu (SAU),  o cümlədən 25 2S9, 18 2S31 (120 mm), 66 2S1 (122 mm), 16 2S3, 18 2S19 (152 mm), 5 ATMOS-2000 (155 mm, İs rail) və 15 2S7-i (203 mm) var.
Ermənistan 10 2S1 və 28 2S3-yə, qarabağlı ermənilər 12 2S1 və 2S3-ə malikdir.
Azərbaycanın 255 D-30 (122 mm), 36 M-46 (130 mm), 16 2A36 və 24 D-20 (152 mm) topları, Ermənistanın 85 D-30 (122 mm), 26 2A36, 34 D-20 və 2 D-1-i  (152 mm) var. Qarabağlı ermənilər 100  M-30 və D-30-ə (122 mm), 16 D-1, 50 D-20 və 2A36-ə (152 mm) sahibdirlər.

Azərbaycan ordusunun 400 2B14 (82 mm), 107 PM-38, 85 M-43, 10 CARDOM (120 mm) minomyotu var.
Ermənistanda bu rəqəmlər 19 PM38 və 62 M-43-ə bərabərdir.
Azərbaycan reaktiv artilleriyanın inkişafına da ciddi diqqət yetirir. Hazırda Azərbaycan ordusunda 44 RSZO BM-21 və 20 T-122 (122 mm, Türkiyə), 30 “Smerç” (300 mm), 30 T-107 (107 mm, Türkiyə) və 20 TR-300 (302 mm, Türkiyə), habelə 18 TOS-1A (220 mm) və İsrail istehsalı olan 6 “Links” multikalibrli reaktiv artilleriya sistemi var.
Ermənistanın cəmi 47 BM-21 və Çin istehsalı olan 4 WM-80 (273 mm) sistemi var.

Tank əleyhinə sistemlər baxımından Azərbaycan 100 “Skif”, 100 “Kornet”, 150 “Malyutka”, 100 “Faqot”, 20 “Konkurs”, 10 “Metis”, 72 D-44 (85 mm) və MT-12 (100 mm) tank əleyhinə toplara malikdir.
Ermənistanda bu rəqəmlər 20 “Malyutka”, 12 “Faqot”, 10 “Konkurs”, 27 özüyeriyən “Şturm-S”, 35 D-44 və 36 M-21 toplarına bərabərdir.
Azərbaycanın Hava Hücumundan Müdafiə Qüvvələrində 3 “Buk-M1” divizionu, 18 “Buk-MB, 9 “Barak-8” buraxılış qurğusu, 27 “Kruq” qurğusu, 80 “Osa”, 8 “Tetraedr”, 54 “Strela-10”, 8 “Tor-M1”, 300 “İqla”, 18 “Strela-3”, 40 ZSU-23-4 “Şilka”sı var.

Ermənistanda bu rəqəmlər belədir – 9 “Osa”, 48 “Strela-10”, 30 “Strela-1”, 200 “Strela-2”, 90 PZRK “İqla”, 48 “Şilka”.
Azərbaycanın Hərbi-Hava Qüvvələrinin 15 MiQ-29, 6 MiQ-25PD, 22 MiQ-25, 5 MiQ-21, 33 Su-25 təyyarələri, 27 Mi-24 və 24 Mi-35 vertolyotu var.
Ermənistanın HHQ-sində 5 Su-24 və 5 Su-17, 15 Su-25 təyyarələri, 12 Mi-24 vertolyotu var.
Qarabağlı ermənilər 2 Su-25 təyyarəsinə və 3 Mi-24 vertolyotuna malikdirlər.
Azərbaycan HHQ-də 4 MiQ-25RB, 2 İl-76, 23 L-39, 100 vertolyot da var.

Azərbaycanın hava hücumundan müdafiə qüvvələrində habelə 16 S-300PMU2 buraxılış qurğusu, 4 ZRS S-200 qurğusu, 54 S-125 varsa, Ermənistanda bu statistika 36 ZRS S-300PT, 24 S-300PS, 6 ZRK S-75, 20 S-125, 27  “Kruq”dur.
Ermənistan ordusu Dağlıq Qarabağda S-75, S-125 və “Kruq” sistemlərini yerləşdirib.

Dağlıq Qarabağda aprelin 1-də başlanıb aprelin 5-də başa çatmış “dördgünlük müharibə”də itkilərə gəldikdə isə, Azərbaycan ordusu 1 Mi-24G, İsrail isehsalı olan pilotsuz uçan aparat (PUA), 1 T-72 tankı itiribsə, Ermənistanın rəsmi qaydada etiraf etdiyi, yəni real saydan dəfələrlə az itkiləri 6 T-72 tankı, 2 X-55 PUA-sı olub.

Dağlıq Qarabağda Ermənistanın əsasən T-55 tanklarına malik olduğunu nəzərə alsaq, “dördgünlük müharibə” əsnasında ermənilər tanklarının 10 faizini (!) itiriblər.

Ermənilər üçün ən pis olanı budur ki, onların tanklarının əksəriyyətini Azərbaycan ordusu İsraildən aldığı “Harop” PUA-ları vasitələrilə vurub. “Harop” tankları hətta möhkəmləndirilmiş mövqelərdə, sığınacaqlarda da partlada bilir.
“Dördgünlük müharibə”nin sonucları göstərdi ki, 1992-1994-cü illərdə Dağlıq Qarabağdakı hərbi əməliyyatlarla müqayisədə Azərbaycan ordusu çox irəli gedib, sürətlə inkişaf edib.

Məsələn, sadəcə TOS-1A sistemləri Dağlıq Qarabağda ermənilərin ön mövqelərini darmadağın edə bilər.
Məhz bu səbəbdən Rusiya Dağlıq Qarabağ münaqişəsində “balans”a nail olmaq üçün Ermənistana ayırdığı 200 milyon dollarlıq güzəştli kredit çərçivəsində ermənilərə TOS-1A və “Smerç” verməyə hazırlaşır”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031