-
16 May, 2016, 12:14
- Oxunma (56 Baxış)
- Gündəm
-
Erməniləri susdurmaq üçün daha 766 səsə ehtiyacımız var
Metsamor AES-in bağlanması üçün 2500 imzanın toplanmasına az qalıb
Xəbər verdiyimiz kimi, bu günlərdə genişmiqyaslı “Stop Metsamor” kampaniyasına başlanılıb. Bir qrup bloqqer change.org saytında Metsamor AES-in bağlanmasını tələb edən “Stop Metsamor!” petisiyası üzrə imza toplanmasına start verib. Kampaniyanın başlanmasına səbəb isə Ermənistan Respublikasında yerləşən Metsamor Atom Elektrik Stansiyasının Cənubi Qafqaz, Orta Asiya, Xəzər və Qara dəniz ölkələri üçün ciddi təhlükə mənbəyinə çevrilməsidir.
Musavat.com xəbər verir ki, hazırda kampaniyanın 1734 nəfər iştirakçısı var. Səslərin 2500-ə çatması üçün daha 766 nəfərin imza toplanmasında iştirak etməsi lazımdır.
Xatırladaq ki, istismar müddəti bitmiş, uzun illərdir heç bir yenilənmə işləri aparılmayan Metsamor AES-də qəza baş verəcəyi təqdirdə Ermənistanın özü də daxil olmaqla geniş coğrafiyada yerləşən bir çox ölkə nüvə qəzasının yaratdığı digər fəsadlarla üz-üzə qalacaq. Faktlar onu göstərir ki, artıq uzun illərdir region ölkələri, Avropa İttifaqı və bir çox beynəlxalq təşkilat Metsamor AES-in yaratdığı təhlükə ilə bağlı həyəcan təbili çalır, milyonlarla insanın həyatını təhdid edən bu halın aradan qaldırılması üçün tədbir görülməsini tələb edirlər.
Məhz bu təhdidlərin qarşısının alınmasını və regionun təhlükədən qorunmasını təmin etmək məqsədilə başlanan kampaniyaya qoşulmaq üçün aşağıda qeyd olunan linkə daxil olub, imza toprlanmasında iştirak etmək mümkündür:
Bundan başqa, sosial şəbəkələrdə – Facebook və Twitterdə Metsamor “Stop Metsamor!” kampaniyasının xüsusi səhifələr yaradılıb. Bunlar aşağıdakılardrır:
https://www.facebook.com/STOP-Metsamor-765785693522161/?fref=ts&__mref=message_bubble
https://www.facebook.com/events/629474597206586