Amerikanın tarixi məqsədi: Naxçıvan Ermənistana “verildi”
ABŞ-ın məşhur nəşri “New York Times” Osmanlı torpaqlarının bölüşdürülməsini nəzərdə tutan “Sykes-Picot” razılaşmasının 100-cü ildönümündə arxivdən yeni bir xəritə çıxarıb.
Publika.az xəbər verir ki, nəşrə görə, sözügedən xəritə İngiltərə və Fransanın hazırladığı “Sykes-Picot”un alternatividir.
Xəritənin dövrün ABŞ prezidenti Vudro Vilson tərəfindən hazırlandığı bildirilir. Xəbərdə “1920-ci illərdə sərhədlər bu şəkildə çəkilsəydi, Yaxın Şərq xilas ola bilərdimi”, sualı qoyulub.
Xəritədə Osmanlı Kürdüstan, Ermənistan, Mesopotamiya, Suriya və Türkiyə olmaqla bir neçə yerə bölünüb. Tarixi türk torpaqları, o cümlədən Naxçıvan Ermənistana “peşkəş” edilib.