Türkiyənin müdafiə naziri Azərbaycanda
Türkiyə Respublikasının Milli Müdafiə naziri İsmət Yılmaz Azərbaycana səfərə gəlib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, nazir Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirləri arasında üçtərəfli formatda planlaşdırılan danışıqlarda iştirak etmək üçün Qəbələ şəhərinə gəlib.
İsmət Yılmazın Qəbələ şəhərinə səfəri mayın 15-dək davam edəcək.
Türkiyəli nazirlə yanaşı Gürcüstanın Müdafiə naziri xanım Tinatin Xidaşeli də Qəbələdə səfərdədir.
Qəbələ şəhərində yerləşən Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın Müdafiə naziri xanım Tinatin Xidaşeli və TürkiyəMilli Müdafiə naziri İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçiriləcək.