Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Rusiya Ermənistana vəd etdiyi $200 milyonluq silahı göndərməyə başlayıb

Rusiya vəd etdiyi 200 milyon dollarlıq kredit sazişi çərçivəsində Ermənistana silah göndərməyə başlayıb.

ANS PRESS-in məlumatına görə, bu barədə rusiyalı politoloq Andrey Areşev Ermənistanın «Tert.am» portalı ilə söhbəti zamanı bildirib. Areşev bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyindən aldığını vurğulayıb.

“Şavarş Koçaryanın təklifi Ermənistan üçün dəhşətli nəticələrə səbəb ola bilər”.

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryanın Avstriyanın «Die Presse» qəzetinə müsahibəsi zamanı münaqişə tərəflərinə – Azərbaycana və Ermənistana silah satışına embarqo qoyulmasını təklif etməsini şərh edən Areşev bunun Ermənistan üçün dəhşətli nəticələrə səbəb ola biləcəyini vurğulayıb: “Sizə çox yaxşı bəllidir ki, münaqişə tərəflərindən biri (Azərbaycan – red.) daima niyyətinə çatacağına qərarlı olduğunu bildirir. Təbii ki. bu güc və hərb yolu ilə gerçəkləşdirilir. Ona görə də bu ideyanın uzunmüddətli perspektivdə ilk növbədə Ermənistanın milli təhlükəsizliyinə zəmanət baxımından nə dərəcədə konstruktiv ola biləcəyini deyə bilmərəm”.

Yəni Tiflisdə doğulmuş və milliyyətcə erməni olduğu bildirilən rusiyalı politoloq ermeniləri Rusiyanın Azərbaycana silah satması ilə bağlı çox hay-küy qaldırmamağa, Ermənistana Rusiya daxili qiymətlərlə təklif edilən rus silahlarından imtina etməməyə çağırıb. Areşev Azərbaycanın kommersiya yolu ilə silahları istənilən ölkədən ala biləcəyinə diqqət yetirib:

“İsrail dəfələrlə Azərbaycana kommersiya qiymətləri ilə öz silahını satmağı təklif edib. Bu ölkənin əsas tərəfdaşı Türkiyə artilerriya, raket sistemləri, yaxın döyüş üçün nəzərdə tutulan silah növləri göndərir. Yəni biz hamımız gözəl anlayırıq ki, Türkiyə Bakıya silah göndərməkdən imtina etməyəcək”.

Ermənistan Müdafiə Nazirliyinin bəzi əməkdaşlarının son 1-2 gündə verdiyi ədəbaz bəyanatlardan da Rusiyanın kredit sazişi çərçivəsində silahları göndərməyə başladığını anlamaq olur. Məsələn, Ermənistan Silahlı Qüvvələrinin təchizat rəhbəri polkovnik  Noryar Yolçuyan da ordunun heç bir təchizat probleminin olmadığını bildirib. Onun iddiasına görə, Ermənistan ordusu cəbhədəki istənilən gərginliyə hazırdır.

Ermənistan ordusunun əsgərləri Azərbaycanın işğal edilmiş Ağdərə rayonunda

Ermənistan ordusunun əsgərləri Azərbaycanın işğal edilmiş Ağdərə rayonunda

Azərbaycan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, polkovnik-leytenant Üzeyir Cəfərov ANS PRESS-ə müsahibəsində Ermənistan hərbçilərinin bu cür bəyanatlarına özünə təskinlik kimi dəyərləndirib: “Onsuz da Rusiya leqal və ya qeyri-leqal yollarla Ermənistana silah göndərirdi. Amma aprel döyüşləri göstərdi ki, Ermənistan ordusu çox zəifdir.  200 milyon dollarlıq silha nədir ki? Bizim İsraillə müqavilələrimizdən, bəlkə də, 20 dəfə azdır”.

Hərbi ekspertin sözlərinə görə, erməni hərbçilərinin və hərbi ekspertlərinin bu cür bəyanatları işğal edilmiş Azərbaycan ərazilərində zorla məskunlaşdırılmış insanlara ünvanlanıb:

“Serj Sarkisyanla yanaşı baş nazir, nazirlər, hətta müxalifət liderləri Qarabağa səfər edərək aldadılmış əhalini sakitləşdirmək istəyirlər”.

“O insanlar erməni hərbçilərindən qat-qat məqntiqlidirlər. Aprel döyüşlərindən sonra gördülər ki, Ermənistan ordusunun güclü olması barədə danışılanlar mifdir. Buna görə də Dağlıq Qarabağı tərk edirlər. Ermənistanda bundan çox narahatdırlar. Buna görə də Serj Sarkisyanla yanaşı baş nazir, nazirlər, hətta müxalifət liderləri Qarabağa səfər edərək aldadılmış əhalini sakitləşdirmək istəyirlər”.

Əslində, aprel döyüşlərində Azərbaycan öz hərbi potensialını tam açmadı, sadəcə Ermənistan ordusunun Azərbaycan ərazisinə yeni hücumunun qarşısını aldı, düşmənin onlarla tankı vuruldu. Amma Azərbaycan həm də Ermənistan ordusunun  real gücünü müəyyən edə bildi. Bu fikri Şuşanı işğal etmiş Ermənistan silahlı birləşmələrinin rəhbəri olmuş general Arkadi Ter-Tadevosyan da vurğulamışdı. Erməni general Azərbaycanın strateji mövqeləri ələ keçirməsini kəşfiyyat xarakterli olduğunu, real hücumun isə qat-qat güclü olacağını bildirmişdi. Ermənistan ordusunun real gücünə bələd olan mülki əhali də İrəvan rəsmilərinin vədlərinə inanmır və öz başına çarə qılmağa çalışır.

Təbii ki, Azərbaycan münaqişənin dinc yolla, mülki əhaliyə heç bir zərər dəymədən həll olmasının tərəfdarıdır. Hər şey iki ölkə prezidenti arasında sabah Vyanada keçiriləcək görüşdən asılı olacaq. Əgər bu görüşdən sonra Ermənistan tərəfi yenə də loğva bəyanatlar verərək işğal edilmiş torpaqlardan imtina edəcəksə, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün  hərbi  seçməkdan başqa yolu qalmayacaq. Əksər hərbi ekspertlər, o cümlədən erməni ekspertlər də Azərbaycan ordusunun buna qadir olduğuna tam əmindirlər.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031