Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Murad Hüseynov: “Bizdə həm jurnalistikada, həm də politologiyada kadr çatışmazlığı var.”

Suallarımızı tanınmış jurnalist Murad Hüseynov cavablandırdı.

– Murad müəllim, aprel ayının əvvəllərində cəbhədə baş verən hadisələr haqqında əlbəttə ki, ilk növbədə mediadan xəbər tutduq. Bizim medianın bu dəfəki davranışı ilə il yarım öncə avqust hadisələri zamanı sərgilədiyi davranış arasında hansı fərqi gördünüz?

– Çox yaxşı sualdır. Bu problemi mən özüm də təhlil edib, fərqləri tutmağa çalışmışam. Avqust ayındakı hadisələrlə müqayisədə bu dəfə media daha yaxşı işlədi. Nəyə görə? Çünki şayiələrə əsaslanan məlumatlar olmadı. Bunu hətta mənim qorxmadan və çəkinmədən “sarı mətbuat” saydığım saytlar da etmədi. Yəqin ki, bu, mətbuata göndərilən mesajların, əlaqədar təşkilatların media ilə işinin nəticəsidir. Saytlar müxtəlif məlumatlar verirdilər. Hətta erməni mediasına istinadən məlumat yayanlar da, dəqiq mənbələrə əsaslanaraq onun təkzibini və Azərbaycanın mövqeyini əks etdirən məlumatlar yayırdılar. Bu özlüyündə çox yaxşıdır. Biz cəbhədə döyüş əməliyyatları aparmaqla yanaşı, informasiya müharibəsi şəraitində yaşayırıq. Həm də bu informasiya müharibəsi cəbhədə gedən müharibədən az əhəmiyyətli deyil. Əksinə, daha intensiv, fasiləsiz davam edən prosesdir. İnformasiya müharibəsi iki məkanda gedir: mediada və sosial şəbəkələrdə. Ermənilər bizim sosial şəbəkələrdə dərc olunanları götürüb, məlumat kimi verməyin texnologiyasını yaxşı bilirlər. Hər hansı bir xırda sayt sosial şəbəkədə gedən məlumatı yayır, bundan sonra daha iri bir sayt həmin məlumatı bu dəfə istinadla dərc edir və s. Bizim sosial şəbəkələr müharibəyə necə münasibət göstərdilər? Burada vəziyyət ənənəvi mediaya nisbətən daha pisdir. Amma hər halda avqustla müqayisədə irəliyə doğru addım var. Aprel hadisələri göstərdi ki, Azərbaycan cəmiyyəti Ermənistan cəmiyyətindən qat-qat daha çox müharibəyə hazırdır. Və bizim insanlarımızda vətəndaş məsuliyyəti daha yüksəkdir. Bu çox sevindirici haldır.

– Biz də Sizinlə razılaşırıq ki, vətəndaş məsuliyyəti artıb. Bəs bu artımı təmin edən nə olub?

– Cəmiyyətdə hökm sürən patriotik əhval-ruhiyyə bu və ya digər məlumatı yaymaq istəyən insanların öz vətəndaş məsuliyyətini dərk etməsinə imkan verdi. Hamı gördü ki, respublikanın müxtəlif bölgələrində gecə vaxtı “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı ilə şəhid cənazəsi qarşılayan insanlar var. Bunu görənlər öz davranışlarında, yazılarında dəyişiklik etmək məcburiyyətində qaldılar.

– Maraqlı bir trend əmələ gəlib. Şərti olaraq “vur, komandir, vur” adlandırdığımız dövrdən sonra aprel ayında biz müəyyən uğurlar qazandıq və bunu həm müstəqil mənbələr, həm də erməni mənbələri təsdiq edir. Bizdə ruh yüksəkliyi və müharibə istəyi yarandı. Yeni nailiyyətlər, yeni uğurlar əldə edilməzsə, hərbi əməliyyatlar bərpa edilməzsə, bu patriotik əhval-ruhiyyə azalmayacaq ki, Siz bilən? Ümumiyyətlə, bu əhval-ruhiyyənin içərisində “ura-patriotizm”in dozası nə qədərdir?

– Əslində bir media mənsubu olaraq biz, cəmiyyətimiz bu sualın üstündə çox düşünməliyik. Mən ümumiyyətlə “ura-patriotizm”in əleyhinəyəm. Dost-tanışlarla söhbətlərimdə, Facebook səhifəmdə də dəfələrlə demişəm: düşmənin gücünü kiçiltmək lazım deyil. Bəli biz onlardan güclüyük, amma onları da olduqlarından qat-qat zəif göstərmək səhvdir. Guya bir güllə atılan kimi ermənilər qaçacaq, yazmaq olmaz. Bu, ötən əsrin 90-cı illərindən qalma təsəvvürdür. Biz sabah güllə atanda, amma bizim də itkilərimiz olanda “ura-patriotizm”ə köklənmiş cəmiyyət çaşqın vəziyyətə düşə bilər. Həm siyasətdə, həm də hərbdə ən böyük səhv, düşmənin gücünün yanlış qiymətləndirilməsidir. Bu dəqiqə media üçün iki prinsipial məqam var. Birincisi, ictimai rəyi hər an müharibə başlaya bilər, fikrinə hazırlaşdırmaq, xüsusilə də Ermənistanın Dağlıq Qarabağı tanıyıb, tanımamaq oyunları, danışıqlarla bağlı fikrini tez-tez dəyişdiyi bir zamanda. İkincisi də cəmiyyətə sağlam vətənpərvərliyi aşılamaq, “torpaq uğrunda ölən varsa, Vətəndir” fikrinin deklarativ, pafoslu bir şey olmadığını öyrətmək.  Eyni zamanda aprel hadisələri göstərdi ki, iki istiqamətdə zəiflik   Əvvəla, biz gərək ermənilərdən daha çevik, daha operativ cəbhə xəttində olan məlumatları göstərək. Sadəcə verək yox, həm də televiziya ilə göstərək. Bu, çox vacibdir. Məsələn, ermənilər 12 ya da 16 yaşlı uşağın öldürülməsi ilə bağlı böyük şou düzəltdilər. Başa düşməliyik ki, çox şeyi operativlik həll edir. Media Müdafiə Nazirliyi ilə birlikdə işləyib hazırlamalıdır ki, necə edək ki, cəbhə xəttində baş verənlər tez bir müddətdə auditoriyaya çatdırılsın? Yəni məlumatın ilkin mənbəyi daim Azərbaycan olsun. Media artıq qloballaşıb. Azərbaycanda birinci yayılan əhəmiyyətli məlumatın dərhal beynəlxalq aləmə çıxması imkanı daha çox olacaq. Çalışmalıyıq ki, cəmiyyət baş verənlər haqqında üçüncü və ya dördüncü mənbədən xəbər tutub, özündə yanlış rəy formalaşdırmasın. Bu, birinci istiqamətdir. Sadəcə olaraq media Müdafiə Nazirliyi ilə birlikdə iş prinsiplərinin və mexanizmlərin təkmilləşdirilməsi üzərində işləməlidir. İkinci istiqamət isə bizim informasiya müharibəsində iştirakımızdır. Biz olanları xaricə göstərməyi bacarmalıyıq. Düzdür, ermənilərin mülki əhalinin ətəşə tutmasını, iki nəfərin öldürülməsini təqdim edə bildik – “Euronyus”, “Əl-Cəzirə” bunları nümayiş etdirdi. Amma daha geniş təqdim etməliyik. Əlaqədar dövlət qurumları, məsələn Xarici İşlər Nazirliyi bununla bağlı düşünməlidir. Yadınızdadırsa, ermənilər atrıq aprel hadisələri zamanı təmas xəttinin qarşı tərəfinə xarici media nümayəndələrini dəvət edib, çəkiliş aparırdılar. Artıq döyüşlərin intensiv getdiyi vaxt xarici çəkiliş qrupları orada fəaliyyət göstərirdilər. Azərbaycan təəssüf ki, informasiya müharibəsinin sosial şəbəkə hissəsinə daha az fikir verir. Sosial şəbəkə dedikdə, mən “Facebook”u yox daha çox “Tvitter”i nəzərdə tuturam. “Tvitter” dünyada informasiyaın yayılmasında, müxtəlif növ kampaniyaların təşkilində təsirli bir alətə çevrilib.

– Müdafiə Nazirliyinin “sosial şəbəkələrdəki cəbhə görüntülərini silin”, çağırışına necə yanaşırsınız?

– Mən əslində buna normal yanaşıram və Müdafiə Nazirliyini də anlayıram. Həmin görüntü və məlumatları yerləşdirən vətəndaşlar öz məsuliyyətlərini anlamalıdırlar. Bildiyiniz kimi, jurnalistikanın sosial məsuliyyəti var. Sosial şəbəkələr, bloqerlər də bir növ sosial jurnalistikaya çevrilib. Bununla fəal məşğul olanlar da məsuliyyətlərini başa düşməlidirlər. Müdafiə Nazirliyinin çağırışlarına rəğmən, sabah hansısa bir insan Qapanlı kəndindən bir şəkil çəkib, paylaşa bilər. Bu cür təsvirləri tapıb, silmək Müdafiə Nazirliyinin işi deyil. Ona görə də söhbət ilk növbədə sosial şəbəkə istifadəçilərinin məsuliyyətindən gedir.

_MG_7950

– Aprel hadisələri həm də aşkara çıxardı ki, bizim hərbi ekspertlərimiz, baş verənləri şərh edə biləcək politoloqlarımız, analitiklərimiz azdır. Bu çatışmamazlığı hiss etdinizmi?

– Yaxşı, güclü, maraqlı və konkret danışa bilən ekspert çatışmazlığı Azərbaycanda həmişə hiss olunub. Bizdə həm jurnalistikada, həm də politologiyada kadr çatışmamazlığı var. Dağlıq Qarabağ problemi baxımından istənilən vəziyyəti real və adekvat formada şərh edə biləcək politoloqlar lazımdır. Tutaq ki, sabah Ermənistan Dağlıq Qarabağı tanıyarsa, bunun müsbət və mənfi tərəflərini göstərə biləcək, hadisələrin inkişaf istiqamətini söyləyəcək ekspertlərə ehtiyac var. Bizə çox güclü hərbi ekspertlər lazımdır. Bizdə təəssüf ki, belələrinin sayı çox azdır. O ekspertlər tutaq ki, “Dövlət sirri haqqında” qanunu pozmadan Lələtəpə və Talış yüksəkliklərinin əlimizdə olmasının bizə hansı üstünlüklər yaratdığını şərh edə bilməlidirlər. Bəzi hallarda bu ekspertlər rəsmi statusları onlara istədiklərini söyləməyə imkan verməyən dövlət qurumlarının nümayəndələrinin deyə bilmədiklərini auditoriyaya çatdırmalıdırlar. Və təbii ki, bizə informasiya ilə çevik işləyə bilən peşəkarlar lazımdır.

– Dörd günlük müharibənin ilk günlərində Rusiya mediası Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirdi. Sonrakı mərhələdə Rusiya mediası daha obyektiv mövqedən çıxış etdi. Sizcə, bu gözəgörünməz qüvvənin tapşırığı idi, yoxsa Ermənistandakı antirusiya isterikasının təsiri?

– Apriori Rusiya mediası müstəqil deyil. Medianın 99 faizi, xüsusilə də federal kanallar idarə olunur. Bu, heç kim üçün sirr deyil. Müharibənin ilk günlərində biz fəal irəliləyirdik. Rusiya da ATƏT-in Minsk qrupunun həmsədri kimi qabağa düşdü və atəşin dayandırılmasına nail olmağa çalışdı. Rusiya mediasından da bizə təzyiq vasitəsi kimi istifadə etdi. Azərbaycan atəşin dayandırılmasına razılıq verdikdən sonra, Rusiya mediasında yumşalma müşahidə olundu. Əksinə, Ermənistanda Rusiya əleyhinə çıxışlar, ikibaşlı bəyanatlar verilməyə başladı, hətta Sərkisyanın “mən istəmirəm, Rusiya sülhməramlıları Qarabağda olsun, çünki Rusiyanın obyektivliyinə inanmıram” formatlı bəyanatından sonra, Rusiya miqyasında istiqamət dəyişməyə başladı. Gözəgörünməz əl işə düşdü. Amma məni aprel müharibəsi günlərində narahat edən o idi ki, bizim Rusiya mediasında çıxış etməyə adamımız olmadı. Rusiya mediası həmişə Azərbaycan əleyhinə münasibət sərgiləməkdə davam edəcək. Amma bizim onların qabağına çıxacaq, cavab verəcək adamımız olmadı. Bizdə əvvəllər ORT-də Mais Məmmədov, “Literaturnaya qazeta”da Elmira Axundova kimi adamlar var idi və bu mövzularda da danışa bilirdilər. İndi onlardan sonrakı nəsil yoxdur.

– Amma AZƏRTAC-ın, AzTV-nin Moskvada müxbirləri, Rusiyadakı səfirliyimizin də güman edirəm ki, mətbuat attaşesi var.

– Amma Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu istisna etmək şərtilə onlar Rusiya kanallarının efirində yox idilər.

– Liviya və Suriyada baş verən hadisələr, qaçqın dalğası, miqrantlar apoplektik səhnələri xatırladır. Mənə elə gəlir ki, 11 sentyabr 2001-ci il hadisələrindən sonra qana daha hərislik Hələb şəhəri yoxdur, Dəməşqdə, Bağdadda qırğınlar gedir. Belə bir zamanda Dağlıq Qarabağ problemi dünya auditoriyasını qazana bilərmi? Sizə elə gəlmir ki, Parisdə və Ankarada baş verən terror hadisələrinə dünya fərqli maraq göstərir?

– Müasir dünyada, xüsusilə ərəb inqilablarından sonra yaranan dünya düzənində ikili standartların olması bir daha təsdiqləndi. Müasir dünya düzəni belədir ki, güclü haqlıdır. BMT-nin Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı 4 qətnaməsi neçə illərdir ki, icra olunmur. Liviya ilə bağlı BMT qətnaməsi isə az qala imzalanmamışdan icra olunmağa başladı. Dünya güclüləri sevir. Azərbaycan da güclü olmalıdır ki, öz hüquqlarını sübut edə bilsin. Digər tərəfdən isə bu ikili yanaşma mövcud sistemin dağılmasına aparıb çıxaracaq. Beynəlxalq hüququn rezin kimi dartılıb, dəyişdirilməsi nəticəsində qlobal anlamda dünyada xaos başlayacaq. Bu xaos artıq Avropada müşahidə olunmağa başlayır. Bir tərəfdən qaçqın axını, digər tərəfdən qaçqın axını ilə bağlı həmin Avropa dövlətlərinin özlərinin sərgilədikləri fərqli münasibət, dözümsüzlük, Yaxın Şərq problemi, Suriyada yaşananlar, Ukrayna problemi – bütün bunlar beynəlxalq hüquq adlı gəmidəki deşiklərdən içəri dolan sudur ki, bu da gec-tez gəmini batıracaq. Əgər dünya gücləri, beynəlxalq ictimaiyyət beynəlxalq hüququ istədikləri kimi dartıb uzatmağı dayandırmasa, sonluq pis olacaq. Artıq biz Ukraynada, Qərbi və Şərqi Avropada bunu görürük və prosesin davamı olacaq. Buna görə də dünya dərindən düşünməlidir. Azərbaycanın maraqlarını təmin etmək üçün isə biz xalq, ordu, dövlət kimi güclü olmalıyıq. Bunun yolu isə yalnız birlikdir, Qarabağı qaytarmaq üçün vəhdət olmalıdır. Və aprel döyüşləri bu vəhdətin olduğunu nümayiş etdirdi.

Fuad Babayev, Gündüz Nəsibov, 1905.az

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031