Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Elmi tur: Dədə Qorqud ruhu Qarabağda yaşayır

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun, Bakı Slavyan Universitetinin və Bərdə, Ağcabədi, Beyləqan rayon icra hakimiyyətlərinin təşkilatçılığı ilə “Dədə Qorqud ruhu Qarabağda yaşayır” adlı elmi tur təşkil olunub.

AZƏRTAC xəbər verir ki, alimlərin, tələblərin, şagirdlərin və ictimaiyyət nümayəndələrinin daxil olduğu tur iştirakçıları əvvəlcə Bərdə şəhərinin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyublar. Sonra Heydər Əliyev Mərkəzində “Bərdə Kitabi-Dədə Qorqud”da və Qafqaz Albaniyasının tarixində” mövzusunda “dəyirmi masa” keçirilib.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı, tarix üzrə fəlsəfə doktoru Vidadi İsayev iştirakçıları salamlayıb, elmi turun əhəmiyyətini yüksək qiymətləndirib.

Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdullanın moderatorluğu ilə keçirilən tədbirdə tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev, tarix elmləri doktoru Qasım Hacıyev, filologiya elmləri üzrə fəlsəfə doktoru Ləman Süleymanova və başqaları çıxış edərək, Bərdənin qədim tarixindən, günümüzədək gəlib çatan abidələrdən, arxeoloji tədqiqatlardan, Qarabağ folklorundan bəhs ediblər.

Diskussiya şəklində davam edən “dəyirmi masa”da bərdəli ziyalılar fəal iştirak ediblər. “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” və 25 dildə nəşr olunmuş “Kitabi-Dədə Qorqud”. Basat Təpəgözü öldürdüyü boyu bəyan edər” kitablarının nüsxələri rayon icra hakimiyyətinə, Heydər Əliyev Mərkəzinə hədiyyə edilib.

Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Fəqət Şadlinskaya tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Sonra tur iştirakçıları İmamzadə kompleksi, Bərdə türbəsi, tarix-diyarşünaslıq muzeyi və şəhərin görməli yerləri ilə tanış olublar. Bərdə şəhər Cümə məscidinin axundu hacı Ramazan Hüseynov qonaqlara abidələr barədə məlumat verib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Dini abidələrdə tarixin izləri” proqramı çərçivəsində İmamzadə kompleksinin ümumi görünüşünə heç bir müdaxilə edilmədən yerli ustalar tərəfindən abadlaşdırma işləri aparılıb. XVII-XIX əsrlərə aid ərəb və fars dillərində qəbirüstü yazılar və daş kitabənin mətni dilimizə tərcümə olunaraq dəmir lövhəyə köçürülüb. Azərbaycan Milli Elmlər Akademiyası və Bərdə Rayon İcra Hakimiyyəti ilə birlikdə 2 elmi konfrans və “dəyirmi masa” keçirilib. “Bərdə və Bərdə İmamzadəsi” sənədli filmi çəkilib. Bilik Fondu tərəfindən “Məscid kitabxanası” layihəsi çərçivəsində İmamzadə kompleksinə 200 adda kitab hədiyyə edilib.

Elmi turun iştirakçıları aprelin 2-5-də Ermənistan silahlı qüvvələrinə qarşı döyüşlərdə şəhid olmuş iki bərdəli gəncin – Azərbaycan ordusunun baş leytenantı Həsənov Ziya Niyazi oğlunun və çavuş Musayev Səbuhi Rəfail oğlunun ailə üzvləri ilə görüşüb, ölkə alimlərinin, ziyalı və tələbə gənclərin böyük hörmət və ehtiramını bildiriblər.

Axşam saatlarında tələbələrin və bərdəli gənclərin “Kitabi-Dədə Qorqud” və Qafqaz Albaniyasının tarixi” mövzusunda bilik yarışması təşkil olunub. Qaliblərə kitablar hədiyyə edilib.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031