Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Qarabağ erməniləri: Halımıza ağlayan gərəkdir

“22 il idi ki, Dağlıq Qarabağda nisbi atəşkəs idi. 2014-cü ilin avqustunda hərbi əməliyyatlar aktivləşmişdi və o döyüşlərdən sonra qarabağlı ermənilər belə döyüşlərin bir daha təkrarlanmayacağını düşünürdülər.
Olmadı. Aprelin 1-də Dağlıq Qarabağda başlanan, 4 gün davam edən müharibə qarabağlı ermənilərin dinc yaşam arzularının üstündən xətt çəkdi”.
İrəvandakı “Çorrord Hişxanutyun” qəzeti “Qarabağlı erməniləri eşidən var?” başlıqlı məqaləsində Dağlıq Qarabağdakı ermənilərin vəziyyətindən bəhs edib.
Erməni fotoqraf Anuş Babacanyanın çəkdiyi və The Washington Post-da dərc olunmuş fotolarla müşayiət olunan məqalədə deyilir: “Qarabağlı ermənilərin həyatı zülm, əzab, əziyyətdir. Dağlıq Qarabağda iqtisadi vəziyyət çox pisdir, əhalinin rifah səviyyəsi olduqca aşağıdır. Lakin ən pisi isə odur ki, qarabağlı ermənilər sabah nə olacağını bilmirlər. Ümidsizlik onların ən böyük problemdir.
20 yaşlı Razmik Mnasakanyan Dağlıq Qarabağın şimalında, ön cəbhədədir. Onun olduğu mövqe ilə Azərbaycan ordusunun ön mövqeləri arasındakı məsafə heç bir kilometr də deyil.
Razmikin anası Siranuşun dediyinə görə, oğlu xəstəlik tapıb: “Təminat çox pisdir. Oğlum mənə demir, amma eşidirəm ki, səngərdəki əsgərlərin yeməyi, sursatı çatışmır. Onların hamısına Ermənistandan gələnlər başçılıq edirlər. Əziyyət verirlər oğluma. Təsəvvür edin ki, oğlumun çəkmələri dəlik, yırtıqdır. Öz puluma çəkmələr alıb yolladım”.
Martuni rayonunun sakini Anais Varcapetyan deyir: “Yarıac, yarıtox yaşamaq olar, amma sabahkı gündən bədgüman yaşamaq mümkün deyil. Ermənistandakı rəhbərlik bizə deyir ki, narahatlıq keçirməyək, hər şey yaxşı olacaq. İllərdir ki, belə yalanlar danışırlar. İnanmırıq. Hər şey daha pis olacaq. Buranı tərk etmək üçün imkan arayıram”.(milli.az)
Onun qonşusu, 58 yaşlı Vardan topalyan isə söyləyir: “Bizə deyirlər ki, nəzarət olunan torpaqlarda ev tikək, təsərrüfat yaradaq. Kimi aldadırlar onlar?! O torpaqlar bizim deyil və orada ev yox, heç toyuq hini də tikmək istəmirəm. Çünki günlərin birində Azərbaycan o torpaqları geri alacaq. Bəs yaxşı, onda mən hara gedəcəyəm?! Dağlıq Qarabağ böyük müharibə məkanıdır. Səngərlərin arasında yaşamaq çətindir. Ermənistandakı siyasətçilər, deputatlar, nazirlər Qarabağdan danışmağı çox sevirlər. Bizi belə düşünürlər, qoy gəlib burada yaşasınlar. Yaşamazlar, yaşaya bilməzlər”.
“Levonum artıq yoxdur. Levon kimin üçün, niyə həlak oldu?! Deyirlər, vətən üçün, bizim üçün. Utanmırlar! Levon sağ olanda bu “vətənərvərlər”dən kim gəlib bizimlə maraqlandı, kim soruşdu ki, ay Laura, təkbaşına övladını necə böyüdürsən, atası 15 il vəfat etmiş oğlunun nəyə ehtiyacı var, ümumiyyətlə, yeməyə çörək tapırsınız, ya yox?! Levon yoxdur, bu həyat artıq nəyimə gərəkdir?..”
Yazı müəllifinin fikrincə, Dağlıq Qarabağdakı “dördgünlük müharibə”dən sonra qarabağlı ermənilər arasında bədbinlik daha da artıb. Onlar yeni müharibə gözləyirlər.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031