Ermənistanın 2 pilotsuz aparatı məhv edildi
Ermənistan mətbuatının guya Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) vurulması ilə bağlı yaydığı xəbərə Müdafiə Nazirliyi münaisbət bildirib.
Nazirlikdən verilən məlumata görə, Azərbaycana məxsus pilotsuz uçuş aparatı (PUA) vurulmayıb.
Bildirilib ki, Silahlı Qüvvələrimizin sərəncamında olan bütün PUA-lar yerindədir.
Dəqiq məlumata görə isə erməni tərəfi səhvən öz PUA-nı vuraraq yerə salıb və bu cür məlumatlar yaymaqla fikri həqiqətdən yayındırmaq istəyir.
Bildiririk ki, mayın 13-də cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “X-55” tipli PUA bölmələrimiz tərəfindən xüsusi üsulla endirilib.
Beləliklə, mayın 13-də erməni tərəfinə məxsus 2 ədəd PUA məhv edilib.