Ermənilər Tərtərin Qazyan kəndini artilleriyadan atəşə tutdu
Erməni silahlı birləşmələri bu gün saat 18 radələrində Tərtər rayonunun Qazyan kəndini ağır artilleriyadan atəşə tutub.
APA-nın xəbərinə görə, ağır artilleriyadan atılan mərmilər kəndin əkin sahələrinə düşüb.
Sakinlərdən xəsarət alan olmayıb.