Erməni həyasızlığı: “Yevlaxa qədər getməliyik!”
“Dördgünlük müharibə”də ciddi itki verən Ermənistan Azərbaycandan qisas almaq üçün ən axmaq fikirləri belə dilə gətirir.
Publika.az xəbər verir ki, erməni siyasətçiləri və ekspertlər Azərbaycanı zəiflətmək üçün beynəlxalq şirkətlərin də payının olduğu neft-qaz obyektlərinin vurulmasını təklif edirlər. Təbii ki, bu cür çıxışlar daha çox populizmə söykənir.
Erməni ekspert Araras Papyan bir az da irəli gedərək, tipik erməni həyasızlığını nümayiş etdirərək Azərbaycanın Yevlax rayonunu işğal etməyin vacibliyini dilə gətirib.
“Biz Yevlaxa qədər getməli və Azərbaycanın neft ixracı yollarını bağlamalıyıq”, – deyə o növbəti erməni xülyasını irəli sürüb.