Stalinin Bakı qoçuları ilə əməkdaşlığı-milyonçuları qarət etməyi…
O dövrün zənginləri ilə görüşlərində Stalin (Koba) deyirmiş ki, onun həyat məktəbi Bakı olub. Musa Nağıyevin evində tez-tez ziyafətlər olur, həmin məclisə Koba da dəvət edirlirmiş. 1910-cu ildə belə ziyafətlərin birində Stalin Məhəmmədəmin Rəsulzadəni Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Musa Nağıyev, Həmid Sultanov və başqalarına tərif edir. O bildirir ki, “biz Çar Rusiyasına qarşı Məhəmmədəmin Rəsulzadə ilə birlikdə mübarizə aparırırq. Siz Türklərə müstəqilliyi Çar Rusiyasını rusların əlindən ancaq bolşeviklərlə birləşməklə qazanmaq olar. Bir sözlə, mənə bolşeviklərin qələbəsi, sizə müstəqillik lazımdır”.
Ona gorə də o, Məhəmmədəminin Çara qarşı apardığı mübarizəni və bununla bağlı keçirdiyi görüşləri dəstəkləyirdi.
Həmin ziyafətdə Hacı Zenalabdin Kobaya açıqca deyib: “Siz Bakı qoçularına demisiniz ki, “oğru, quldur deyilsiniz”, hədəfiniz ancaq kapitalizmdir. Bakı fəhlələri ilə görüşlərinizdə onları kapitalzmə, Çar Rusiyasına qarşı birgə mübarizə aparmağa səsləmisiniz, sizə birləşməyə çağırmısınız. Görünür, bu barədə işləriniz, təbliğatınız da pis getmir. Deməli, bolşeviklərlə birgə siz hakimiyyətə gəlsəniz hədəfiniz kapitalizm, yəni biz olacağıq…”.
Koba isə canfəşanlıqla bildirir ki, onların apardığı mübarizə düşmənlərə qarşıdır, dostlara qarşı deyil. Əlini uzadaraq gostərir ki, “bax bu masa arxasında əyləşənlər dar gündə bizə dəstək olanlardır, dostlarımızdır. Onlar hec vaxt bizi darda qoymadılar. Bu mübarizənin gələcəyi həm bizim, həm də sizin xeyrinizə olacaq. Əsas hədəfimiz də elə budur”.
O zaman Koba sürgündən qaçmışdı. Tiflisdə, Bakıda gizlin dəstələr yaradaraq Çar qarşı mübarizə aparırdı. Bu dəfə Tiflisdən yenicə gəlmişdi. Ziyafətdəkilərə anasından danışırdı. O, Gürcüstana gedir və anasıyla gizlincə görüşürdü. Anası ondan nə işlə məşğul olması haqda soruşur. Koba soyləyir ki, o, inqilabçıdır, Bolşevik partiyasının yaradıcılarından biridir. Çara qarşı mübarizə aparır ki, Rusiyada hakimiyyətə gəlsinlər. Hətta gələcəkdə Çar olmaq fikrini də açıqlayır. Lakin anası onu heç cür başa düşmür, ya da düşmək istəmir. O, oğlu üçün arzularının ayrı olduğunu bildidir: kilsədə rahib olmaq!
Bunu deyəndə ziyafətdəkilər gülməyə başlayır. Amma onlar Kobanın anasının arzusuna yox, bir quldur dəstəsi başçısının gələcəkdə Rusiya çarı olması fikrinə gülürdülər. Onda onların heç birinin ağlına belə gəlməzdi ki, Satalin doğrudan da gələçəkdə qurulacaq Soverlər Birliyinin rəhbəri olacaq.
Kobanın ən yaxın adamlarında biri də Həmid Sultanov idi. Stalin sürgündə olarkən Sultanov ona ərzaq göndərirdi. Bolşeviklər 1920-ci ildə Bakını mühasirəyə alan vaxt Sultanov Azərbaycan Xalq Cümhuriyyətinin binasına gəlir və silahını çıxararaq, onlara deyir ki, hakimiyyəti təhvil verməlidirlər. Bundan iki gün sonra bolşeviklər şəhəri işğal edirlər.
Bolşeviklər hakimiyyəti ələ keçirdikdən sonra keçirilən iclasların birində Həmid Sultanov zala daxil olur və baxır ki, Mircəfər Bağırovu başda oturdublar. O sakitcə Bağırova yaxınlaşıb, yaxasından tutaraq zaldan çıxmasını tələb edir. Bağırovun etirazlı baxışlarını görən Sultanov bu dəfə onu zorla sürüyərək otaqdan çölə çıxarır. Bağırov təkcə onu deyir ki, “ay Həmid, noldu sənə belə, yenə niyə əsəbləşirsən?..”.
Bolşeviklərin hakimiyyətə gəlməsi üçün onlara silah almaq lazım olmuşdu. Maliyyə işini Stalinə tapşırmışdılar. Stalin isə Bakıda, Tiflisdə bankları qarət etmişdi. Milyonlarla pul oğurlanmışdı. Yaponiya, Almaniya, İngiltərə və başqa ölkələrdən silah alaraq bolşevikləri silahlandırmışdılar. Bakıdakı neft milyonçularını da öz təsirləri altına salmışdılar. Beləcə, Koba Bakıda bir quldur dəstəsi yaratmışdı, hansı ki, ona hesab verməyənlər oğurlanır, güllələnirdi.
Kobanın dəstəsi 1908-ci ilin 26 dekabrında Hacı Zeynalabdin Tağıyevin yaxın dostlarından biri olan neft milyonçusu Ağamusa Nağıyevi oğurlayırlar. Onu şəhərdənkənar yerlərin birindəki daxmada saxlayırlar. Nağıyev onlara istədikləri məbləği verir. O, Kobayla yaxın münasibətdə olur. Hadisədən sonra Kobaya deyir ki, “bilirəm ki, məni sən oğurlatdırmısan. Pul lazım idisə, elə bəribaşdan özün yaxınlaşıb, deyərdin…”.
1914-cü ildə maliyyə hesabına görə Ağamusa Nağıyevin qızılla 70 milyon rubla yaxın vəsaiti olub. Hesablamalara görə, həmin vəsit bugünkü məzənnə ilə 50 milyard ABŞ dolları edib.
Ağamusa Nağıyevə iki dəfə silahlı basğın olub. Bu o vaxt idi ki, Bakının ərazisini qoçular öz aralarında bölmüşdü. Uzun illər idi ki, cinayət aləminə nəzarət edirdilər. Bakı qoçularını Koba öz ətrafında birləşdirməyə nail olmuşdu. O deyirmiş ki, guya onlar oğru-quldur deyil, kapitalizmə qarşı mübarizə aparanlardır, əsas hədəfləri isə Rusiya Çarıdır. O dövrdə polisin acizliyini görən neft milyonçuları həyatlarının təhlükədə olduğunu görərək, Kobanın yaratdığı quldur dəstələri ilə əməkdaşlıq edirdilər. Onların istəyinə, razılaşmaya əsasən pul ödəyirdilər. Belə milyonçulardan biri də Nobel qardaşları idi.
Bakı polisinn verdiyi məlumata görə, qoçuların ovaxtkı gəliri iki ildə 3 milyon rubla çatmışdı. 1908-ci ildə Çar Nikolayın gəmisinə hücum edilir və 1 milyon 200 min rubl vəsait ələ keçirilir. Bu hadisədən az sonra Koba həbs edilir. O əvvəl Bakıdakı məşhur Bayıl həbsxanasında saxlanılır, sonra isə Sibirə sürgün olunur. Səkkiz ay sonra sürgündən qaçır. Gizli yolla yenidən Bakıya gəlir. Lakin bir müddət keçəndən sonra, yəni 1910-cu ilin martında onu yenidən həbs edirlər. O, özünü Zaxar Melikyantiç kimi təqdim edir. Bu dəfə onu 5 illik sürgünə göndərirlər. Beş ay keçəndən sonra yenə sürgündən qaçır. Əvvəl Tiflisə, sonra yenidən Bakıya qayıdan Stalin bu şəhərlərdə Koba ləqəbiylə gizli fəaliyyət göstərməyə başlayır. Dəfələrlə həhsxanadan qaşmağa nail olan Stalin axırda Peterburqa gedir.
Bolşeviklər hakimiyyəti ələ keçirdikdən sonra, yəni 1920-ci ildə Bakıya gələn Stalin Bayıl həbsxanasında Məhəmmədəmin Rəsulzadə ilə görüşür. Stalin ona deyir ki, vəziyyət hazırda çox pisdir, bu gorüşdən bircə Nəriman Nərimanovun xəbəri olur. Söyləyir ki, “çətin günlərimizdə birlikdə olmuşuq, hərəmizin öz maraqları olsa da, Çara qarşı birlikdə mübarizə aparmışıq. Bax, yenə də qarşılaşdıq. Sənin öz xalqının müstəqilliyi və azadlığı uğrunda apardığın mübarizəni yaxşı bilirəm”. O, Rəsulzadəni həbsxanadan çıxararaq, özü ilə Moskvaya aparır. Oradan isə Avropaya yola salır…
Şura hökümətinin Bakıya gəlişindən sonra Bakı qoçularını – onlar 200 nəfərdən çox idilər – güllələyirlər.