Ermənistan hökuməti qənaət rejiminə keçir
Ermənistan hökuməti məlum aprel hadisələrini nəzərə alaraq hesab edir ki, ölkə daha qənaətli iş rejiminə keçməlidir.
Virtualaz.org Novosti Armeniya-ya istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Ovik Abramyan hökumətin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, ilk növbədə dövlət aparatının saxlanmasına ayrılan vəsait azaldılmalı və nəticəsi olmayan işlərə maliyyə yönəldilməsi kəsilməlidir. Bura ezamiyyə, nümayəndəlik xərcləri, xidməti maşınlara ayrılan vəsait və s. daxildir.
Baş nazir bununla əlaqədar hökumətin İcra Aparatına və Maliyyə Nazirliyinə bir həftə ərzində optimalladırma ilə bağlı təkliflər hazırlamaları barədə tapşırıq verib.