Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Ermənilər işğal etdiyi ərazini geri qaytarmalıdır”

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində dəyişikliyin vaxtıdır.

Bu sözləri APA-ya açıqlamasında tanınmış amerikalı politoloq, Qlobal Təhlükəsizlik Analizi İnstitutunun Energetika, təbii resurslar və geosiyasət mərkəzinin direktoru Ariel Koen deyib.

O bildirib ki, Minsk prosesi hələ ki heç bir nəticə vermir:

“Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artması və müharibə təhlükəsinin yeni səviyyəyə çatması heç də təəccüblü deyil. Rusiya yüz ildən artıqdır ənənəvi olaraq Ermənistanı dəstəkləyir. Türkiyəyə qarşı irsi düşmənçilik geri qayıdıb və bu, Rusiyanı Cənubi Qafqazı militaristləşdirməyə sövq edir. Biz uzun müddət daha çox gərginlik və Azərbaycan və Türkiyəyə qarşı təzyiq müşahidə edəcəyik”.

A. Koen Ermənistan Qarabağ münaqişəsindən ciddi zərər gördüyünü söyləyib. O qeyd edib ki, Ermənistanın 1 milyondan çox əhalisi ölkəni tərk edib, ölkədə yaşayış səviyyəsi minimuma enib:

“Ermənistan vacib investisiya və iqtisadi imkanları əldən buraxıb, öz demokratiyasını təhdid altına salıb. Onun elitası biznesə köklənməyib”.

Nüfuzlu politoloqun sözlərinə görə, BMT qətnamələrinin də tələb etdiyi kimi, ermənilər sülh prosesi və nizamlanması çərçivəsində Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytarmalı və Cənubi Qafqazda sülh bərqərar olmalıdır. O əlavə edib ki, Ermənistan tərəfindən Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması sülhə aparmayacaq və bu, səhv yoldur.

Karnegi Beynəlxalq Sülh Fondunun analitiki, Qafqaz üzrə ekspert-yazar Tomas de Vaal isə açıqlamasında bildirib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət son dərəcə dəyişkəndir: “Bu qədər insan itkisinin olduğu və emosiyaların yüksəldiyi bir zamanda tam atəşkəsə qayıtmağı gözləmək çox çətindir. Ərazidə beynəlxalq müşahidə yoxdur və hər iki tərəfdən ağır texnikandan istifadə olunur. Bu, o mənanı verir ki, siyasi proses yenidən işə düşməsə, hər iki tərəfdən gənc insanlar ölməyə davam edəcək”.

Tomas de Vaal son bir neçə ay ərzində Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən irəli sürülən və digər həmsədr ölkələr olan Fransa və ABŞ-la razılaşdırılmış “mərhələli” həll planının gündəmə gəldiyini deyib: “Lakin fikrimcə, bunu demək çox vacibdir ki, Rusiya birtərəfli şəkildə münaqişə tərəflərini sülh razılaşmasına məcbur edə bilməz, çünki onların bunu pozmaq üçün çoxlu yolları var. Demək olar ki, münaqişənin həlli üçün bütün ideyalar təklif edilib və biz göydəndüşmə nəyinsə olacağını gözləyə bilmərik”.

Ekspert Ermənistanın Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımasının çox təhlükəli addım ola biləcəyini vurğulayıb: “Bu, Minsk prosesini öldürər. Ümid edirəm ki, bu məsələ real təhlükədən çox, təzyiq göstərmək cəhdidir”.

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031