AB İrəvanın arzusunu ürəyində qoydu
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar tezliklə yenidən aktivləşəcək.
Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Herbert Zalber erməni mətbuatına deyib.
“Avropa Birliyi bəyan edib ki, münaqişənin hərbi yolla həlli mümkün deyil. Bu, bütün tərəflərə aiddir. Düşünürəm ki, hazırda “Dağlıq Qarabağ”ın tanınması danışıqlar masasında deyil. Mən “DQR”in “müdafiə naziri” ilə görüşümdə də dedim ki, bu barədə danışmaq lazım deyil. Qarabağ münaqişəsi ilə bağlı danışıqlar dayanmayıb və ümid edirik ki, yaxın həftələrdə və yaxud aylarda yenidən aktivləşəcək”, – AB rəsmisi bildirib.