Xocalı soyqırımını törədən erməni komandir öldü
Qarabağ müharibəsi zamanı bir sıra hərbi cinayətlər, o cümlədən Xocalı soyqırımının təşkilində rol oynamış “Arabo” batalyonunu yaradıcılarından biri – Karen Kazaryan ölüb.
Ermənistan KİV-i xəbər verir ki, o, 59 yaşında xəstəlik səbəbindən ölüb.
Karen Kazaryan eyni zamanda Ağdərə və Laçınınn işğal edilməsində aktiv iştirak edib.
Buna görə Ermənistan bu terrorçunu bir sıra dövlət mükafatlarına layiq görüb.