Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Sağlığında səfillikdə yaşayan “milyonçu” rəssam

Pol Qogen (Ejen Henri Pol Qogen) adı dünya incəsənət tarixinə qızıl hərflərlə yazılıb. Dünya rəssamlıq sənətində onun özünəməxsus yeri var. Rəssam 1848-ci ildə Parisdə anadan olub. Onun yaradıcılığı başlıca olaraq postimpressionizm və primitivizm cərəyanlarını əhatə edir. 1851-ci ildə Qogenin ailəsi Peruya köçür. Ailə başçısının ölümündən sonra 4 il Limada yaşayan ailə üzvləri 1855-ci ildə yenidən Parisə qayıdırlar.
Pol Qogen bir müddət donanmada işləyib, Parisdə birjada çalışıb. 1873-cü ildə rəssam danimarkalı bir qızla evlənib və ondan beş övladı doğulub.
Qogen uşaqlıqdan rəssamlığa həvəsliydi. Gənclik illərində o, ardıcıl rəsmlər çəkir, özünü sənətkar kimi yetişdirirdi. O özü-özünün müəllimi idi. Ona görə də rəssamlıq təhsili almağa gərək duymamışdı. Yaxın rəssam dostları Kamil Pizarro, Pol Sezannla bir yerdə rəsmlər çəkir, dünya rəssamlıq tarixinin gələcək incilərini yaradırdı.
1881-1882-ci illərdə o, ilk dəfə impressionistlərin sərgisində əsərlərini nümayiş etdirsə də, diqqət cəlb etmir. 1884-cü ildə ailəsi ilə Kopenhagenə köçən rəssam burada dolanmaq üçün dayanıqlı iş tapa bilmir. Bundan sonra o, böyük oğlu ilə Parisə qayıdaraq bütün diqqətini rəssamlığa verir. Bu vaxt Van Qoq onu Fransanın Arl bölgəsinə dəvət edir və onlar iki ay bir yerdə rəsm çəkirlər.
İlk çağlar Qogen impressionizmə meyl etsə də, özünü onda tapa bilmir. Bundan sonra o, Afrika və Asiya incəsənətini dərindən öyrənir, özəlliklə yapon folklorunun, mədəniyyət və incəsənətinin təsirinə düşür.
1891-ci ildə rəssamın maddi durumu olduqca pisləşir, əsərlərini alan olmur, bir yandan da özünü tanıtdıra bilmir. O, az müddətə Fransanın Sakit okeandakı müstəmləkəsi olan Taiti adasında yaşamağa gedir. Bu, onun yeni axtarışlar dönəmiydi. Burada yerli əhalinin yaşam tərzini əks etdirən çoxlu əsərlər yaradır. Həyatının qalan hissəsini isə Taitinin qonşuluğundakı Markiz adasında keçirir. Burada o, xatirələrini, sənət haqqında fikirlərdən ibarət “Öncə və sonra” adlı kitab da yazıb. 1903-cü ildə rəssam bərk xəstələnir və 54 yaşında dünyasını dəyişir. Taitidə rəssamın şərəfinə Qogen muzeyi də yaradılıb.
Onun bütün əsərlərində insanlar öz təbiiliyi ilə əksini tapıb. “Arlda gecə kafesi”, “Sahildə taitili qadınlar”, “Çiçək ilə qadın”, “Pont Avendə su kanalı”, “Günorta mürgüsü”, “İki taitili qadın” və başqa əsərlərində dərin səmimilik duyulmaqdadır. Rəssamın avtoportretlər silsiləsi də var.
Ölümündən sonra Qogenin yaradıcılığına maraq artır, əsərlərinin çoxu rus kolleksiyaçısı Sergey Şukin tərəfindən alınır, həmin əsərlərin bir qismi A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyində saxlanılır. Bu gün Qogen dünyanın əsərləri baha satılan ən məşhur rəssamlarındandır. Onun əsərlərinin orta qiyməti 40 milyon dollardır. “Mənimlə nə zaman evlənəcəksən?” əsəri 2015-ci ildə 300 milyon dollara satılıb.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031