Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

İsrafil Məmmədov haqqında BİLMƏDİKLƏRİMİZ – Onu Mircəfər Bağırov öldürtdürüb?

“İki gündür ki, televizora baxıram, ilk Sovet İttifaqı Qəhrəmanı olsa da, heç bir verilişdə dayımı xatırlamadılar. İki gündür ürəyim partlayır…”.

yknews.az xəbər verir ki. bu sözləri “Azadlıq” radiosuna  ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun bacısı oğlu Füzuli Məmmədov deyib.

İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun 27 illik həyat dramı

“Yadımdadır ki, zabit geyimində bizə gəlmişdi, mən də qaçıb onun dizlərinin üstündə oturdum. Anam dedi ki, “düş, dayını incitmə”, o da dedi ki, “dəymə, mən bu uşağın sayəsində qəhrəman olmuşam”.

O qəhrəman olan günü mən 7 günlük imişəm”. Gəncəli Füzuli Məmmədov dayısı, ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovla bağlı xatirələrini AzadlıqRadiosu ilə bölüşür.

Gəncədə barəsində əfsanələr, əhvalatlar dolaşan İsrafil Məmmədov gənc yaşında həm müharibədə, həm də şəhərdə adına dastan bağlayıb. Cəmi 27 il ömür sürən İsrafil Məmmədov kim idi?

“İsrafil dayım çox mərd oğlan idi, orta məktəbi yaxşı oxumuşdu, texnikum qurtarmışdı”, – bacısı qızı Pakizə Məmmədova dayısını xatırladır:

“O vaxt uşaqların ən böyüyü mən idim, 12-13 yaşındaydım, çox şey yadımdadır. Dayım bizim evimizdə böyüyüb”.

“Dalaşqan idi”

Füzuli Məmmədov əlavə edir ki, İsrafil Məmmədov atasını itirəndə çox kiçik olub, böyüksüz qalan uşaq bir az sərbəst böyüyüb:

“Qabağından yeməz idi, sözgötürməzdi, dalaşqan idi”.

Gəncədə danışırlar ki, İsrafil Məmmədovun yerli milislərlə arası o qədər də xoş olmayıb. Onun Sovet İttifaqı Qəhrəmanı adı alması da onları çaşdırıb, dünənə qədər təqib etdikləri gəncə indi hörmət-izzət göstərməlidirlər. Füzuli Məmmədov deyir ki, dayısına ad veriləndən sonra evlərinə hərbçilər, milislər gəlib:

“İndi sizə danışacağım əhvalatdakı nənəmin ana nənəm – Gülsüm olduğunu deyirlər, amma elə deyil. Evimizə hərbçilər gəlib, soruşublar ki, “İsrafil Məmmədov burdamı yaşayır?” Dayımın da, dediyim kimi, dalaşqan, vuran-yıxan olmasını ata nənəm Nərgiz də bilirdi. Milislər gələndə nənəm pəncərənin qabağında oturubmuş. Milislər soruşanda ki, “İsrafil Məmmədov burda yaşayır?”, deyib, “yox, yox, ay bala, burda yaşamır”. Nənəm düşünüb ki, görəsən, dayım yenə nə iş qarışdırıb. O vaxt heç kim bilmirdi ki, Sovet İttifaqı Qəhrəmanı nə deməkdir”.

“Qəhrəmanın qohumlarını vəzifəyə qoydular”

Amma İsrafil Məmmədova verilən adın nüfuzu təkcə ona təsir etmir, qohum-əqrəba da bunun bəhrəsini “dadır”:

“Mircəfər Bağırovun göstərişi ilə bəzi qohumlar işlədikləri yerdə vəzifəyə gətirildilər. Məsələn, qardaşı məktəbdə müəllim idi, direktor qoydular, atam kolxozda işləyirdi, kolxoz sədri qoydular. Yəni qəhrəman qayıdanda görsün ki, onun yaxınlarına hökumət necə münasibət göstərir”, – Füzuli Məmmədov deyir.

İsrafil Məmmədov 1939-cu ildə əsgərliyə gedib, amma “Fin müharibəsi”nin ortasına düşüb (1939-cu ildə Sovet hökuməti hücum etməmək haqqında Sovet-Finlandiya müqaviləsini (1932) ləğv edəndən sonra iki ölkə arasında müharibə başlayıb).

Əsgərliyini bitirməmiş İkinci Dünya Müharibəsi başlayıb və İsrafil Məmmədov baş serjant rütbəsində Novqorodun müdafiəsinə yollanır. Bir neçə ay sonra Pustınka kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə 70-dən artıq alman faşistini öldürür. Füzuli Məmmədov danışır ki, hücum zamanı düşmən çox, Məmmədovun dəstəsində adam az olub, üstəlik, döyüş vaxtı bir neçə yoldaşlarını da itiriblər.

Fin müharibəsində sıravi döyüşçü olan İsrafil Məmmədov hərbi taktika işlədərək ayrı-ayrı istiqamətlərdən atəş aşmaqla səngərdə çoxlu hərbçi olduğunu düşmənə göstərir. Üstəlik, alman faşistlərinin onlara yaxınlaşmasına imkan yaradıb qəfil hücum edir və eyni zamanda onlarla düşmən öldürür. Sonradan köməyə gələn sovet ordu rəhbərliyi bu əhvalatı “yuxarılara” məruzə edir və Ali Sovetin qərarı ilə 1941-ci ilin dekabrında İsrafil Məmmədova Sovet İttifaqı Qəhrəmanı adı verilir.

“Bağırov onu cəbhədən gətizdirdi”

Bir azərbaycanlının yeni başlayan dünya müharibəsində göstərdiyi qəhrəmanlıq respublika rəhbərliyinin diqqətini dərhal cəlb edir və Mircəfər Bağırov İsrafil Məmmədovun vətənə məzuniyyətə gəlməsinə nail olur. Pakizə Məmmədova danışır ki, dayısı sevdiyi rus qadınla gəlir:

“Dayım elə Novqorodda tanış olduğu qızla gəlmişdi, evləndi. Bağırovun göstərişi ilə ona şəhərin mərkəzində ikiotaqlı ev verildi, sonra da Bakıya apardı, orda da yenə şəhərin mərkəzində üç otaqlı ev verdi, komsomolda işə götürdülər. Bağırov demişdi ki, gəncləri ruhlandırmaq üçün İsrafil Məmmədov ona lazımdı”.

Amma İsrafil Məmmədov burda çox tab gətirə bilmir:

“Dayım dinc həyatda narahat idi. Ancaq Bağırov onu buraxmaq istəmirdi. Axırda dayım nənəmdən öyrənir ki, Tbilisi hərbi komissarlığında qohumumuz işləyir. 1943-cü ildə Tbilisiyə gedib cəbhəyə ordan yollanmışdı”.

“Bağırov onun sağalmasına çalışırdı”

Bu dəfəki döyüş yolu İsrafil Məmmədova ağır başa gəlir. Müharibənin sonlarında o, boğazından yaralanır, sağalsa da, vərəmə tutulur:

“Müharibədən qayıtmışdı, bizə gəlmişdi, boğazı sarıqlıydı, anam ona “yemək ye” deyəndə dedi ki, “boğazımdan keçmir””, -Füzulu Məmmədov xatırlayır.

Mircəfər Bağırovun artıq böyük nüfuz sahibi olandan sonra “qabağından yeməz olmuş” İsrafil Məmmədova qarşı münasibətinin pisləşməsi, hətta onun ölümündə əli olması kimi versiyaları Füzuli Məmmədov təkzib edir, deyir ki, uşaq olsa da, dayısının son günləri onun gözünün qabağındadır: “Ayaq üstündə zorla dururdu. Bağırov onun sağalması üçün əlindən gələni edirdi, Yaltaya müalicəyə göndərdi. Görünür, vəziyyətinin pis olması, hava dəyişikliyi onun səhhətini daha da pisləşdirdi. Yaltaya çatandan bir gün sonra, 1946-cı il mayın 1-də vəfat etdi. Cənazəsi Gəncəyə gətirilib o vaxt “Lenin” parkı adlanan Xan bağında dəfn edildi, büstü qoyuldu”.

İsrafil Məmmədovun əkiz qızı qalıb. Pakizə Məmmədova deyir ki, SSRİ dağılana qədər əlaqələri olsa da, 20 ildir, onlardan heç bir məlumat ala bilmirlər:

“Onları tapmaq istəyirik. Bir də iki gündür ki, televizora baxıram, ilk Sovet İttifaqı Qəhrəmanı olsa da, heç bir verilişdə dayımı xatırlamadılar. İki gündür ürəyim partlayır, axı, bunu unutmaq olmaz”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031