Nursultan Nazarbayevdən “yeni SSRİ”yə dəstək:“Avrasiya İttifaqını düz edib yaratdıq”
“Avrasiya İttifaqını biz düzgün olaraq yaratdıq. İttifaq normal şəkildə inkişaf edir”.
Strateq.az bildirir ki, bu sözləri Moskvada səfərdə olan Qazaxstan prezidenti Nursultan Nazarbayev həmkarı Vladmir Putinlə görüşü zamanı bildirib. Nazarbayevin sözlərinə görə, hazırda müşahidə olunan böhran nəticəsində bəzi proseslər baş verir: “Böhran üzündən yaranmış bu proseslərin öhdəsindən gəlmək mümkündür”.
“Bu çətin zamanda Avrasiya ittifaqı bizim sədrliyimiz altında işləyir. Bəzi məsələlər barədə sizinlə məsləhətləşəcəyəm”,- deyə Qazaxstan prezidenti bildirib.
Putin öz növbəsində iki ölkə arasında olan münasibətləri “xüsusi müttəfiqlik münasibətləri” adlandırıb.