Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Müharibəyə ekrandan baxanda


Bəşər tarixi indiyədək saysız müharibələr görüb. Təkcə XX əsr 70 milyona yaxın insanın həyatına son qoyan iki dünya savaşına şahidlik edib. Tarixin ən qanlı səhifələri yazılan II Dünya müharibəsi (1939-1945) çoxsaylı kinolentlərdə, bədii ekran əsərlərində əksini tapıb, bu mövzuda filmlər yenə çəkilməkdədir.

Bu müharibənin cəbhə xətti Azərbaycandan uzaqda olsa da, keçmiş Sovet İttifaqının müttəfiq respublikası kimi biz də bu savaşda böyük itkilər (300 mindən çox insan) vermişik, xalqımız arxa cəbhədə fədakarlıq göstərərək bütün məhrumiyyətlərə dözmüş, Bakı nefti faşizm üzərində qələbənin əldə olunmasında tarixi rol oynamışdır.
Bir vaxtlar Böyük Vətən müharibəsi dediyimiz savaşın ekran təcəssümü Azərbaycan kino tarixinə də səhifələr yazıb. Aralarında bədii cəhətdən təsirli olanları da var, zəifləri də.
Bilavasitə cəbhə həyatından bəhs edən filmlərimiz az olsa da, bu sırada iki ekran əsərini – 1958-ci ildə ekranlara çıxmış «Uzaq sahillərdə» (quruluşçu rejissor – Tofiq Tağızadə, baş rolun ifaçısı – Nodar Şaşıqoğlu) və 1985-ci ildə istehsal edilmiş «Sizi dünyalar qədər sevirdim» (quruluşçu rejissor Rasim İsmayılov, baş rolun ifaçısı – Ramiz Novruzov) xüsusi qeyd edə bilərik. Təbii ki, bu filmlərin uğuru təkcə xalqımızın çox sevdiyi qəhrəmanlara – əfsanəvi partizan Mehdi Hüseynzadəyə və rəşadətli general Həzi Aslanova həsr edilməsi ilə bağlı deyil: hər iki film mükəmməl ekran əsəridir.
Arxa cəbhədən bəhs edən filmlərimizin sayı isə daha çox, bədii keyfiyyətləri daha dolğun və bizə doğmadır. İndi adını çəkəcəyim bu ekran nümunələri düşüncəsindən, yaşadığı dövrdən, ictimai-siyasi quruluşdan asılı olmadan hər kəsi təsirləndirə bilər. Söhbət «Onun böyük ürəyi», «Bizim Cəbiş müəllim», «Mən ki gözəl deyildim», «Tütək səsi» və «Şərikli çörək» filmlərindən gedir.
Sovet kinematoqrafiyasının tarixinə az-çox bələd olan diqqətli kinomanlar yəqin razılaşarlar ki, arxa cəbhəyə həsr olunmuş Azərbaycan filmlərində hadisələr, qəhrəmanlar həmin illərdə çəkilmiş bir çox Rusiya, Ukrayna və Belarus filmlərindən daha səmimi və gerçəkdir.
Kim nə deyir-desin, həmin müharibə illərində kəndlərimizdə «Mən sizin dəyanətinizlə fəxr edirəm, mənim bacılarım» deyib əsgər namusunu göz bəbəyitək qorumağın vacibliyini dilinə gətirən Qılınc Qurban kimi kişilər olubsa da, nakam sevgiyə son qoymaq şansını qaçırmaq istəməyən, bunun vətəndaşlıq mövqeyinə maneə olmayacağına inanan, ömür boyu sevməyi bacaran Cəbrayıllar da olub, hər iki qütbün hisslərini başa düşən İsfəndiyar kişi kimi ağsaqqallar da!.. Sadəcə, həm yazıçı İsa Hüseynovun, həm də rejissor Rasim Ocaqovun sənətkarlığı ondadır ki, öz qəhrəmanlarını bütün yanlış və düzgün əməlləri ilə tamaşaçıya sevdirməyi, onlara haqq qazandırmağı bacarıblar.
Əsas hadisələrinin müharibə illərinə təsadüf etdiyi «Onun böyük ürəyi» (quruluşçu rejissor Əjdər İbrahimov, 1958) və ağır günlərini yaşayan ölkədə paralel olaraq quruculuq işlərinin aparıldığından bəhs edən «Mən ki gözəl deyildim» (quruluşçu rejissorlar – Tofiq Tağızadə, Ağarza Quliyev, Ramiz Əsgərov, 1968) filmlərinin də leytmotivi sevgidir. Birinci filmdə ərli qadın Səmayə öz uşaqlıq dostu və onu əsl məhəbbətlə sevən hərbi təyyarəçi Mənsura onu gözləyəcəyini vəd edir və bu hərəkəti ilə özündən yaşca kiçik Rənaya «döyüşçü onu gözləyənin olduğuna inanmalıdır» öyüdünü verməklə həm də gənc qıza onu gələcəkdə ailə xoşbəxtliyinə aparacaq cığırı göstərir.
İkinci filmin qəhrəmanı, uşaq ikən anasını itirmiş, bacısı-qardaşı olmayan, əmi qoltuğunda yaşayan kənd qızı Səidə atasının qara xəbərini alandan sonra şəhərli oğlan Məzahirin sevgi etirafı ilə yenidən həyata bağlanır. Film Bayram Bayramovun eyniadlı povesti əsasında çəkilsə də, sonluq dəyişdirilib. Povestdə Səidə nişanlısı Məzahiri avtomobil qəzasında itirir. Film isə xoşbəxt sonluqla, Məzahirin milli tərzdə «anama gəlin olarsanmı» yazılı evlilik təklifinə Səidənin «hə» cavabı verəcəyinə tamaşaçının inamı ilə başa çatır.
«Bizim Cəbiş müəllim» (quruluşçu rejissor Həsən Seyidbəyli, 1969) filmində hadisələr müharibə illərində Bakıda cərəyan edir. İnsanlar iki qütbə ayrılıb: qələbə naminə hər bir çətinliyə tablaşmağa hazır olanlar, bir də qələbə çalınacaq günədək sağ qalmaq uğrunda hər cür mücadiləyə, qanun pozuntusuna hazır olanlar. Böyük qələbəni yaxınlaşdırmaqdan ötrü əlindən gələni əsirgəməyən Cəbiş müəllim, onun qonşusu mühəndis Nəcəfov bir tərəfdədirlər, Cəbişin arvadı, Əbülfəz, Suğra xala – bir tərəfdə. Amma bu filmdə dramaturgiyanın gücü və rejissorun tutduğu ana xətt, aktyorların istedadlı ifası ilə birləşdiyi üçün tamaşaçı sovet ideologiyasının ziddinə olaraq, Cəbişin «nə mən, nə də mənim balalarım o günü (qələbəni – G.M.) görməyəcəyik» deyən hikkəli arvadına, xırda alverçi Suğra xalaya nifrət bəsləmir. Çünki bu qadınlar da bacardıqları qədər hər kəsə yaxşılıq edirlər. Suğra xala qaçqın Tanyanı qanadının altına alır, Cəbişin arvadı isə satılacaq sabunun pulundan Nəcəfovun ailəsinə əl tutmaq niyyətindədir. Yəni, hər şey bu qədər – dolaşıq və aydın!..
* * *
Zaman dəyişir, insanların da sevimli filmlərin, o cümlədən müharibədən bəhs edən bədii lentlərin qəhrəmanlarının hərəkətlərinə münasibəti dəyişir. Əgər otuz il əvvəl Cəbiş müəllimin sabun bişirməmək israrını təqdir edənlər Əbülfəzi qınayanlardan qat-qat çox idisə, bu gün bu nisbət bəlkə də əksinə dəyişib. Olsun! Sənətin qüdrəti də elə ondadır ki, nəsillər əvəzləndikcə, ictimai quruluşlar dəyişdikcə ona münasibət dəyişir. Hər kəs adını çəkdiyimiz filmlərə öz gözləri ilə baxıb, öz qiymətini verir. Yaradılan sənət nümunəsi üçün vacib olan bu deyilmi?

Gülcahan Mirməmməd

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031