FIFA-nın yeni prezidenti “Qarabağ”a təbrik ünvanlayıb
FIFA-nın prezidenti Canni İnfantino Azərbaycan Premyer Liqasının qalibini təbrik edib.
AFFA-nın rəsmi saytı məlumat verir ki, AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla FIFA-nın prezidenti dünya futbol ailəsi adından “Qarabağ” (Ağdam) klubunu Premyer Liqanın 2015/2016-cı il mövsümünün qalibi olması, UEFA Çempionlar Liqasına vəsiqə qazanması və gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib, daha böyük uğurlar arzulayıb.