Erməni müxalifətçidən iqtidara “aprel müharibəsi” ilə bağlı ittiham
Ermənistanlı müxalifətçi Anait Baxşyan ölkə hakimiyyətini aprel müharibəsinin nəticələrinə görə kəskin tənqid edib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Baxşyan Qarabağa silah almaq üçün erməni diasporunun göndərdiyi ianələrin də qeyri-şəffaf yolla xərcləndiyini deyib.
“Aprel müharibəsi çox ciddi problemləri üzə çıxartdı. Qarabağda həlak olanların yaxınlarına yardım göstərilməlidi. Lakin Qarabağ üçün toplanan milyonlarla vəsait yerli hakimiyyət tərəfindən qeyri-şəffaf yolla xərclənib”.