Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Dünya artıq erməni yalanlarına inanmır-Monitorinq

 “Beynəlxalq İnformasiya və Tədqiqatlar İnstitutu”nun İnformasiya Təhlükəsiliyi və Tədqiqatlar Departamenti aprel ayında cəbhədəki gərginliklə bağlı dünya mətbuatında apardığı monitorinqin nəticələrini elan edib. 
Avropa.info-nun məlumatına görə, monitorinqdə qeyd olunub ki, 2016-cı ilin aprel ayında Ermənistan-Azərbaycan təmas xəttində erməni təxribatı nəticəsində şəhidlər verilib, mülki əhalimiz atəşə məruz qalıb: “Azərbaycan Ordusunun şücaəti nəticəsində erməni qüvvələri ciddi itkilərə məruz qaldı, bir neçə yüksəklik ələ keçirildi və Ermənistan rejimi bütün dünyaya bir daha provokator, işğalçı olduğunu nümayiş etdirmiş oldu. Aprel hadisələri zamanı erməni yalanlarının əsas hərəkətverici qüvvəsi hazırkı mafioz Sarkisyan rejimi olmaqla bərabər Amerikada yerləşən Amerika Erməni Milli Komitəsi (ANCA) oldu. Erməni lobbisinin ələ aldığı amerikalı konqressmen və senatorlar eynilə Xocalı hadisələrində olduğu kimi, Azərbaycanın haqqlı mövqeyinə göz yumdu.
Siyasi, iqtisadi və mənəvi dəstəkçimiz olan qardaş Türkiyə mətbuatı Azərbaycan həqiqətlərini obyektiv formada dünyaya nümayiş etdirdi. Türkiyənin nüfuzlu “NTV” xəbər kanalı Azərbaycanın işğaldan azad etdiyi Lələ Təpə yüksəkliyindən reportaj hazırladı. Eyni zamanda “CNN Türk” kanalı da Azərbaycan tərəfinin haqlı mövqeyini dünyaya nümayiş etdirdi. Azərbaycanın yaxın dostu “BengüTürk” kanalından Murat İde təmas xəttindən mövqelərimizi müdafiə edən videomateriallar yaydı. TRT Erməni təxribatları ilə bağlı sistematik xəbər və reportajlar yayımladı. Türkiyənin nüfuzlu “Hürriyet”, “Milliyet” və “Sabah” qəzetləri və digər elektron KİV – ləri erməni mövqelərinin şantaj xarakterli həmlələrinə geniş diqqət ayırdı.
Təəssüf ki, ATƏT-in Minsk Qrupunun üzvlərindən biri olan Rusiya mətbuatı sözün həqiqi mənasında erməni təbliğatçısı oldu. Hadisələr vaxtı ermənipərəst “Dojd” telekanalı diqqəti əsas məsələdən yayındırmaq üçün süni və şişirdilmiş materiallarla anti-Azərbaycan mövqeyini bir daha nümayiş etdirdi. “Regnum” agentliyi və “vzglyad.ru” kimi saytlar da öz ənənələrinə sadiq qaldı. “İnterfaks” və “lenta.ru” hadisənin mahiyyətini təhrif edərək həqiqətdən kənar məlumatlar yaydı. “Vedomosti və Arqumentı İ Faktı” nəşri hadisələri obyektiv qiymətləndirdi.
Britaniyanın tanınmış mətbu qurumu  “The Guardian” diqqəti erməni təxribatından yayındırmaq üçün başqa xəbərlərə yönəlsə də “BBC” Azərbaycan Müdafiə Nazirliyinin açıqlamalarına yer ayırdı. “The İndependent” Qarabağın Azərbaycanın ayrılmaz ərazisi olduğunu qeyd edərək, obyektiv media prinsiplərinə daha sadiq qaldı. Məşhur “Associated Press” agentliyi erməni aqressiyası haqqında yazdı, “Deutsche Welle” ona istinad etdi.
ABŞ mətbuatında nüfuzlu “The Washington Times” və “New York Times” qəzetləri Azərbaycanı işğala məruz qalan ölkə kimi təqdim etdi. Həmçinin “The Washington Times” Ermənistanın Metsamor AES-dəki təhlükəli cəhdlərindən bəhs etdi.
Çinin “Sinxua” agentlikləri, Almaniyanın “Frankfurter Allgemeine” nəşrləri hadisələrə diqqət ayırdı.
Fransanın “Francais.rt.com”, “Rfi.fr”, “Lemonde.fr”, “Lexpress.fr saytları hadisələrlə bağlı təhlil xarakterli xəbərlər yaydı.
Nüfuzlu “Al Jazeera” kanalı Azərbaycanda mülki əhalinin məruz qaldığı erməni hücumlarından reportaj hazırladı. Ərəb mediası hadisələrlə bağlı silsilə məlumatlar dərc etdi. Misirin “Akhbar El Yom”, “Al Bawaba”, “Ona”, “Youm7” Azərbaycanı təcavüzə məruz qalan ölkə kimi təqdim etdi peşəkarlığa riayət etdi.
Qırğızıstanın Kabar agentliyi, Yaponiyanın “FHN news”, “TBS news” kimi mətbu qurumları cəbhədən son hadisələrə diqqət ayırdı.
İsrailin “Haaretz” qəzeti Azərbaycan və İsrail müttəfiqliyindən bəhs edən yazılar dərc etdi.
Ümumiyyətlə, saysız xarici mətbuat qurumları və nəşrləri aprel hadisələrinə diqqət ayırdı. Aparılan monitorinq göstərdi ki, Azərbaycanın haqqlı mövqeyinə dünya mediası birmənalı formada tənqidi münasibət göstərmir və erməni yalanları artıq dünya üçün də qəbuledilməzdir”.
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031