Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

ABŞ-dakı Azərbaycan diasporunun fəalı: “Bizə zaman və pul lazımdır” – MÜSAHİBƏ

21 ştatı Xocalı soyıqırımını tanıyan Amerika Birləşmiş Ştatlarında Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı zaman-zaman müxtəlif fikirlər səsləndirilib. Bunların içərisində diaspor fəallarının işindən narazılıqlar daha çoxdur.
Modern.az saytı ABŞ-dakı diasporumuzun fəaliyyəti barədə Amerika Azərbaycanlıları Şəbəkəsinin (US Azəri Network) fəalı İkram Cəlillə söhbətləşib.

– Diaspor fəalı kimi ABŞ-dakı diasporumuzun fəaliyyətini necə qiymətləndirirsiniz?

– Azərbaycan diasporunun nümayəndəsi olaraq deyə bilərəm ki, biz sayımızın digər ölkələrdə mövcud azərbaycanlılardan az olmasına baxmayaraq, daha effektiv fəaliyyət göstəririk. Bunun nəticəsidir ki, Amerikanın 20-dən çox ştatı Xocalı soyqırımını tanıyıb.

Bu, Azərbaycan diasporunun uğurlarından biridir. Eyni zamanda, türk və yəhudi diasporu ilə yaxşı əlaqələrimiz var, müəyyən tədbirlər keçiririk, birgə fəaliyyət göstəririk.

Diasporumuzun çoxlu problemləri də var, bu isə obyektiv və subyektiv məsələlərə söykənir. Ümid edirəm ki, bu problemlər də aradan qalxacaq və diaspor fəaliyyəti daha effektiv olacaq. Görünən odur ki, daha çox işlərimiz var. Tənqidləri qəbul edirik, bacardığımız qədər çalışırıq ki, nələrəsə nail olaq. Bunun üçün təşkilatların sayının artması və diaspor işi ilə daha professional insanların məşğul olması lazımdır. Burada diaspor fəaliyyəti ilə məşğul olan insanların çoxu başqa sahədə işləyirlər. Ancaq vətən qarşısında özümüzü məsuliyyətli hiss edirik, işlərimizlə bərabər ölkəmizin təbliği istiqamətində də çalışırıq. Fikrimcə, bununla daha professional insanların məşğul olması lazımdır. Ermənilər, yəhudilər bunu edirlər və sırf bu işlə məşğul olan insan yetişdirirlər. Çox güman ki, bizdə də yetişəcək.

 – Siz diaspor fəaliyyətinin qarşısında yaranmış maneələrin obyektiv və subyektiov səbəblərdən yarandığını bildirdiniz. Bunlara aydınlıq gətirə bilərsiniz?

 – Diaspor fəaliyyətində USAN (US Azəri Network) son 10 ildə çox işlər görüb. Subyektiv problemlər odur ki, soydaşlarımız vaxt ayıra bilmirlər və ya laqeyd olurlar, fərqli mövqedən çıxış edirlər. Obyektiv səbəblərin kökündə isə maddi məsələ dayanır. Nəzərə alaq ki, ermənilər 100 ildir Amerikaya gəliblər, onların təşkilatları var, biznesmənləri burada kifayət qədərdir və bu sahəyə yetərincə pul ayırırlar. Dövlətdən ianələr ala bilirlər və professional olaraq fəaliyyət göstərməyə başlayırlar. Bizdə azərbaycanlı təşkilatların koordinasiya məsələsi daha da inkişaf etməli, maddi resurslar daha çox cəlb olunmalıdır. Həmçinin, tələbə mübadiləsi, xüsusilə beyin mərkəzlərində azərbaycanlıların sayını artırmaq üçün dövlət də dəstək olmalıdır. Hər halda, bu, dövlətin işi deyil, azərbaycanlıların öz borcudur. Çalışırıq ki, dövlət kömək etdi və ya etmədi, bu işi görə. Amma buna daha professional yanaşmaq üçün böyük maddi resurlar yarıdılmalıdır, ən böyük problem budur.

– Siz bunu dövlətdən gözləyirsiniz?

– Azərbaycanlıların diaspor işlərinə baxışları sovet dönəmindən qalmadır. Amerikada isə oyun qaydaları fərqlidir. Burada dövlətdən nəsə gözlənilmir. Vətəndaşlar bu işə can yandırmalıdır, təşkilatların yaranması, ianələr hesabına formalaşması, qarşıya məqsədlərin qoyulması, proseslərin inkişafı, strategiyaların hazırlanması üçün vətəndaşlar çalışmalıdırlar. Bunu biznesmenlər etməlidir. Amerikada isə biznes azərbaycanlıları çox azdır. Burada insanların həyat şəraiti yaxşıdır, insanlar normal yaşayır. Amma maddi resursların çox olması üçün gərək Amerikada varlı azərbaycanlılar artsınlar. Dövlətin müəyyən təşkilatları başlanğıcda buradakı insanlara yardım etməlidir. Amma burada uzunmüddətli dövlət dəstəyi uğurlu ola bilməz. Müəyyən şeylərdə kömək edə bilər. Dövlətin əməkdaşlığı olmalıdır, ən əsası özümüz can  yandırmalıyıq. İşləmək üçün qarşılıqlı fəaliyyət olmalıdır.

– Orada yaşayan azərbaycanların Azərbaycanla bağlı məsələlərdə Fəallığı necədir? Biz müşahidə etdik ki, digərlərinə nisbətən varlı olanlar, eyni zamanda dövlət qurumlarının ABŞ-da təmsil olunan nümayəndələri aprel hadisələrində fəallıq nümayiş etdirmədilər. Yalnız orta təbəqə Azərbaycan üçün can yandırırdı.

– Bura qərib yerdir, insanları qınamaqla nəsə əldə etmək olmaz. İnsanların zamanı olmur və ya həmin vaxt başqa bir əyalətdə olurlar. Tədbirin birinə gəlmirlər, o birinə gəlirlər və ya işdən çıxa bilmirlər. Ümumiyyətlə, hər gün azərbaycanlıların fəaliyyəti daha da güclənir. 2008-2010-cu illəri xatırlayıram. Biz o vaxt az idik,  amma indi inkişaf var. Fərqli-fərqli təşkilatlar yaranır. Tələbələr oxuyurlar, dərsdən çıxmağa vaxtları olmur. Tanıdığım tələbələr var ki, bir tədbirə gəlmirdi, amma digərlərinə gəlirdi. Bacardıqları qədər yardım edirlər. Qınanmağımız düzgün deyil. Amma könlümüz istər ki, hər bir azərbaycanlı daha fəal olsun. O da zamanla həll olunacaq. Diaspor işi Azərbaycan üçün yeni praktikadır. İnsanlar diaspor sözünün nədən ibarət olduğunu anlaya bilmirlər, Amerikada lobbiçilik fəaliyyətini başa düşə bilmirlər. Lobbi fəaliyyəti mitinq keçirmək, əldə bayraq tutmaqla deyil. Əslində diaspor fəlaiyyətinin az görünən hissəsi mitinqlərdir, görünməyən böyük hissəsi başqa fəaliyyətlərimizdir. İnsanlar hər bir halda çalışırlar ki, fəal olsunlar. Lakin təşkilatlanma məsələləri inkişaf etməlidir. Problemlərimizdən biri budur ki, təşkilatlarımızın ofisləri yoxdur. Maddi imkanlarımız yoxdur ki, orada 2-3 adam işə götürülsün və onlar ancaq bu fəaliyyətlə məşğul olsunlar. Çünki insan başqa işlə məşğul olduqda diaspor fəaliyyətinə vaxt ayıra bilmir. Ayıranda isə bizim kimi tam professional olmur. Təşkilatlarımızın daimi yerləri olsa, daha yaxşı işlər ortaya qoyula bilər. Əvvəllər Qarabağ Fondu var idi, onun fəaliyyəti çox effektli idi. Maddi imkanların azalmasına görə Qarabağ Fondunun fəaliyyəti çox zəiflədi. Burada diaspor fəaliyyəti ilə məşğul olan 5-6 təşikilat var ki, biz normal iş görsək, azərbaycanlılar da bizlərə qoşulacaq. Professional işlər üçün ilk növbədə ofislər lazımdır, 3-4 nəfər azərbaycanlı bəs edər kifayət qədər uğurlu nəticə alaq, insanları koordinasiya edək. İnsanlar gəlirlər, sadəcə koordinasiya məsələsi, informasiya mübadiləsini artırsaq, daha effektli olar. İnanmıram ki, hər hansı azərbaycanlı Azərbaycanın məsləsinə laqeyd qalsın. Sadəcə, onları istiqamətlədirmək və məsələləri professional həll etmək lazımdır. Bunun üçün isə yəqinki vaxt və pul lazımdır.

 – Zamanı qeyd etdiniz. Bir neçə il əvvəl də diasporumuzun fəaliyyətinin yaxşı olması üçün zamana ehtiyac olduğu bildirilirdi. İndi siz bunu qeyd edirsiniz. Yetəri qədər vaxt keçməyibmi?

– Bir şeyi xatırladım ki, ermənilər necə illərdir fəaliyyət göstərir, amma Xocalı soyqırımını 20-dən çox şatat tanıyır. Bu böyük fəaliyyətdir. Əlbəttə, işimizi tənqid etməliyik. Amerikada insanların öyrəndiyi məsələ həm də özünü tənqiddir. Tənqid insanların sevmədiyi anlamına deyil, onun daha da inkişafı anlamına gəlir. Mən özüm də diaspor fəaliyyətimizi tənqid edənlərdənəm. Reallıqlar içindən çıxış edəndə insanlar tənqid edirlər, bəs özləri nə edirlər, sual olunan budur? Tənqiddən əlavə gərək özləri də fəaliyyət göstərsinlər. Uğurlarımız var və bunu daha da inkişaf etdirməliyik və qeyd etdiyim bu məsələyə professional yanaşmaq lazımdır. Amerikada diaspor anlayışı fərqlidir. Diaspor incəsənətdir, elmdir, fərqli sahədir. Bu sahədə professional insanlar azdır, uğur əldə etmək üçün isə belə insanların sayını artırmalıyıq.

– Amerikadakı diaspor təşkilatları birgə fəaliyyətdən niyə yayınırlar? Niyə vahid iş ətrafında fəaliyyət göstərilmir, hərə bir tərəfə çəkir?

 – Amrika çox böyük ərazidir. Mən Vaşqintonda yaşayıram. Başqa soydaşlarımız başqa-başqa, uzaq şəhərlərdə qalır. Birgə fəaliyyət üçün müəyyən sosial şəbəkələrdən istifadə edirik. Bəzi təşkilatlar var ki, məsələlərə fərqli mövqedə baxırlar. Amma biz işlərimizi kifayət qədər birgə apara bilirik.  24 apreldə türk yürüşü oldu, ermənilər şoka düşmüşdü. 10 mindən çox insan var idi. Nyu-York, Nyu-Cersi, Pensilvaniya ştatlarından avtobusla azərbaycanlılar gəlmişdi. Birgə fəaliyyətin elementləri görünür. Birgə fəaliyyəti koordinasiya etmək lazımdır. Lakin Amerika böyük ərazidir, yəni müəyyən problemlər var ki, buna obyektiv yanaşmağa borcluyuq. Birgə fəaliyyət göstərmək olmur. Amma 2-5 aprel tarixlərində cəbhə xəttində baş verən gərginliklə əlaqədar burada kifayət qədər aktivlik nümayiş etdirdik. Bir gündə 3 yerdə mitinq etdik. Çikaqo, Hyustonda gənclər aksiyalr keçirdirlər. Biri-birimizi tanımasaq da, əməkdaşlıq edirik. Çox gənc var ki, onlar da çalışır özləri nəsə etsin. Çünki bu, bizim milli məsələdir. Əvvəl də qeyd etdiyim kimi zaman və maddi məsələlərə ehtiyac var. Hər şey zamana və pula dayanır. Amerika real cəmiyyətdir, sizin zamanınız və pulunuz yoxdursa, uğurunuz da yoxdur.

– Dönə-dönə təkrarladığınız zaman və pulu necə əldə etmək olar?

– Ümid edək ki, buradakı azərbaycanlılar uğur qazanacaq və müxtəlif sahələrdə inkişaf edəcəklər. Ondan sonra ermənilər, yəhudilərdə olduğu kimi, bu sahəyə daha çox pul ayıra biləcəyik. Dövlətimizin də qayğısını hiss etsəydik, yaxşı olardı. Olmasa da, canları sağ olsun, biz bacardığımızı edirik.

 – Diaspora ilə İş üzrə Dövlət Komitəsindən sizə dəstək verilmir?

– Diaspora ilə İş üzrə Dövlət Komitəsindən bəzən nümayəndələr gəlirdilər. Bir neçə il əvvəl daha fəal idilər. Amma sırf  Komitə tərəfindən tədbirlərin keçirilməsi, müəyyən məsələlərin təşkil olunması yoxdur. Onları da başa düşmək olar. Onlar təkcə Amerikada yox, bütün dünyada çalışırlar ki, nəsə etsinlər. Amma fəaliyyətləri artsa, yaxşı olar. Mən öz praktikamdan onların qayğısını hiss etmirəm. Amma ola bilər ki, başqa şəhərlərdə yaxşı uğurları var. Vaşinqtonda olan tədbirlədə Komitənin fəal olduğunu deyə bilmərəm. Səhv etmirəmsə, keçən ay gəlməli idilər, burada tədbir olmalı idi. Düşünürəm ki, Diaspora ilə İş üzrə Dövlət Komitəsi ABŞ-dakı fəaliyyətə daha çox diqqət ayırmalıdır. Həm də dövlətlə əməkdaşlıq etmək lazımdır. Amerikadakı diaspor təşkilatları müstəqil qurumlardır, heç bir asılığımız yoxdur. Əməkdaşlıq öhdəlik deyil, bu birgə fəaliyyət və uğurdur. Bəzi insanlar bunu anlaya bilmir. Gələcəkdə bunu yaxşı başa düşəcəklər.

Azərbaycanın ABŞ-dakı Səfirliyi bu sahədə bizə yardım edir, pankartların, bayraqların verilməsində, müəyyən detallarda bizə kömək göstərirlər. Səfirliyin burada fəaliyyəti effektivdir. Bz istəyirik ki, Azərbaycan uğrunda ümummili məsələlərdə insanlar sıx birləşsinlər.

Tədbir Azərbaycan anlayışında konsert, mitinq deyil. Diaspor fəaliyyəti otaqlarda, ofislərdə, beyin mərkəzlərinin, alimlərin yetişdirilməsində olur. Çox tədbirlərə gedirəm, istər demokratlar, istər respublikaçıların tədbirləri olsun, diqqət yetirirəm, bu tədbirlərdə azərbaycanlılar az olur, ermənilər bu sahədə aktivdir. Hər bir yerdə erməni tapmaq olur. Çünki onlar bu sahədə çox aktivdirlər. Yəhudilərdə də o praktika var. Böyük şirkətlərə baxıb balaca şirkətlər də onu edir ki, qabağa getsin. Diaspor fəaliyyətində də qaydalar var, onları öyrənib tətbiq etmək lazımdır. Öyrənmək üçün də ermənilərin, yəhudilərin praktikasını nümunə götürmək olar.

– Yəhudi diasporunun güclü olmasından danışdınız. Eyni zamanda türk diasporu da irəlidədir. Azərbaycanla yaxın olan iki diasporla birgə fəaliyyət göstərib uğur qazanmaq mümkün deyilmi?

– Biz bunu zatən edirik. 24 apreldə böyük yürüşdə türk diasporu ilə birlikdə çalışdıq. Bizim tədbirlərdə Türkiyə diasporu hər zaman olur. Yaxşı müansibət öz yerində, amma onlar bizim yerimizə gəlib fəaliyyət göstərməyəcəklər. Onlar daim bizə dəstək verirlər. Hətta bir neçə türk lobbi təşkilatlarının işlədiyi firmalar var ki, deyirlər ki, “nə lazımdırsa, kömək edək”. Onlar öz imkanlarını təklif edirlər. Biz də onlardan yararlanmağa çalışırıq. Daha çox nəticə əldə etmək üçün daha çox fəaliyyət göstərmək lazımdır və bunu yalnız və yalnız ofis, maddi məsələ, işçi ilə həll etmək mümkündür. Onlar həll edəndən sonra uğurlar gələcək.

Biz şəhid ailələrindən biri üçün vəsait toplayırıq. Bu, eyni zamanda digər şərhərlərdə fəaliyyət göstərən təşkilatlar üçün də ilk olacaq. Bunun hüquqi tərəfləri, hesabın açılmasıdır ki, bunu həll etmişik. Vaxt təyin edəcəyik ki, hamı yığışsın və vəsait toplansın. Sonra bu vəsaiti ailələrdən birinə göndərəcəyik. Burada hər bir azərbaycanlı bacardığı qədər iş görür, hadisələrə həssaslıq nümayiş etdirirlər. Düzdür gözlədiyimizdən az olur, amma ötən illərlə müqayisədə aktivlik var.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031