Qarabağ separatçıları Rusiyaya inanmır və əks-hücum arzulayırlar
“Mütləq əks-hücuma keçmək lazım idi”.
Virtualaz.org erməni KİV-nə istinadən bildirir ki, bunu Ermənistanın İctimai televiziyasına müsahibəsində Qarabağ separatçılarından biri, tanınmamış “DQR” “parlamentinin” üzvü Vitali Balasanyan aprelin əvvəlindəki dörd günlük müharibəni şərh edərkən deyib.
Onun sözlərinə görə, indi müharibənin xarakteri dəyişib və heç vaxt düşməni qiymətləndirməmək olmaz.
Münaqişə zonasında sülhməramlıların, ilk növbədə Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı suala cavabında Balasanyan bildirib ki, bu və ya digər uzaq məqsədə çatmaq üçün hansısa sülhməramlıları yerləşdirmək və aqressiyaya başlamaq olmaz.
“Sülhməramlılar heç vaxt sülh gətirməyiblər. Mənə elə bir ölkə göstərin ki, son 20-30 ildə sülhməramlılar ora sülh gətiriblər”, – deyə Balasanyan vurğulayıb.