Aram Karapetyan: «Hakimiyyət Ermənistanı taladı və onu belə acınacaqlı vəziyyətə gətirdi”
Ermənistandakı “Yeni dövr” partiyasının sədri Aram Karapetyan eks-prezident Levon Ter-Petrosyanın ölkədəki siyasi gücləri indiki hakimiyyətin ətrafında səx birləşməyə çağırmasına sərt reaksiya verib.
Virtuaıaz.org erməni KİV-nə istinadən bildirir ki, o, 1in.am saytına açıqlamasında Ter-Petrosyanın dedikləri ilə razılaşmadığını bildirib.
“Kimin ətrafında birləşmək? O adamların ki, neçə illərdir ölkəni talayıb, onu bugünkü acınacaqlı vəziyyətə salıblar?! Azərbaycanla müharibədən sonra isə generalları işdən çıxardılar ki, guya nə isə istədikləri kimi olmayıb. Heç cür anlamaq olmur ki, onlar indiki məqamda Qarabağın tanınması məsələsini niyə ortaya atdılar. Və ortaya atdılarsa, niyə tanımadılar?!”, – deyə Karapetyan hakimiyyətin bu addımını siyasi şantaj adlandırıb.