Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Şuşanın işğalı ilə bağlı faktlar Serbiya ictimaiyyətinə çatdırılıb

Azərbaycanın Serbiyadakı səfirliyi Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı faktların əks olunduğu press-reliz yayıb. 8 may 2016-cı il tarixi Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 24-cü ildönümü olduğu bildirilir.

1989-cu il statistikasına əsasən, Şuşada 20579 insan yaşayırdı. Onlardan 19036-sı azərbaycanlılar (92,5 faiz), 1377-si (6,7 faiz) isə ermənilər idi.

 Bildirilir ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın digər yaşayış məskənlərinin işğalı zamanı törətdiklərini Şuşa şəhərinin işğalı zamanı da təkrarlayıblar. Şuşa şəhərindən azərbaycanlıların izini silmək üçün Ermənistan silahlı qüvvələri burada mülki əhaliyə qarşı amansız davranaraq onları kütləvi şəkildə qırıb, girov götürüb, işgəncələrə məruz qoyub, etnik təmizləmə həyata keçirib, tarixi və mədəni abidələri dağıdıb.

Bu cinayətlər silahlı münaqişə qanunlarının kobud pozuntusudur və bu kimi əməllərə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti tətbiq edilmir.

Bu kimi cinayətlər Ermənistanın dövlət ideologiyası sayılan njdeizmin məntiqi nəticəsidir. Njdeizm nasizmdən ruhlanaraq yaranıb, erməni irqinə “sədaqət”i ehtiva edən və azərbaycanlılara qarşı açıq nifrət bəsləyən tseqakronutyun ideologiyasının davamıdır.

Şuşanı işğal etməklə, etnik təmizləməyə məruz qoymaqla və azərbaycanlıların bu ərazidə mədəni irsini dağıtmaqla Ermənistan, həmçinin qəsdən Azərbaycanın Dağlıq Qarabağ regionunun ikiicmalı xüsusiyyətini məhv etmək niyyətini güdürdü. Bu mənada qeyd edilməlidir ki, Şuşa şəhəri tarixən azərbaycanlıların yaşayış məskəni və Azərbaycanın Qarabağ bölgəsinin inzibati, mədəni və elmi mərkəzi olub.

<p”>Diqqətə çatdırılır ki, 9 may tarixi dünyada faşizm üzərində Qələbə günü kimi qeyd olunduğu bir halda, Şuşanın işğalı ilə bağlı Ermənistanın “şənliklər” təşkil etməsi nasizm ideologiyasının davamı olan njdeizmin və Ermənistanın sülh barədə düşünmədiyinin göstəricisidir.

Ermənistan silahlı qüvvələri Şuşaya hücumu və bu şəhərin işğalını Tehranda Ermənistanın və Azərbaycanın ozamankı rəhbərlərinin münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında dinc yolla nizamlanmasına dair razılaşma əldə etdikləri günün gecəsi həyata keçirib. İşğaldan 24 il keçməsinə baxmayaraq, rəsmi öhdəlikləri ilə real hərəkətləri arasında bu günədək müşahidə olunan bu kimi uyğunsuzluq münaqişənin dinc yolla nizamlanmasına dair Ermənistanın dövlət siyasətinin davam edən reallığıdır.

Ermənistan silahlı qüvvələri 2016-cı il aprel ayının əvvəlində Dağlıq Qarabağda cəbhə xətti boyunca törətdiyi təxribatlarla münaqişənin sülh yolu ilə nizamlanması üçün danışıqları pozmaqda yenə də davam edir. Bu xüsusda, Ermənistan-Azərbaycan münaqişəsi zonasında bundan sonrakı gərginliyə görə məsuliyyət bütövlükdə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Şuşanı və Azərbaycanın digər tarixi ərazilərini işğal altında saxlamaqla və azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına qayıtmasına imkan verməməklə Ermənistan heç vaxt arzuladığı siyasi nəticəni əldə edə bilməyəcək. Ermənistan bu reallığı nə qədər tez dərk edib beynəlxalq hüquqa uyğun davranarsa, münaqişə bir o qədər tez həllini tapar və regionda ölkələr və xalqlar əməkdaşlıq və iqtisadi inkişaf perspektivlərindən faydalanar.

Azərbaycan tərəfi beynəlxalq ictimaiyyəti Ermənistandan Azərbaycan torpaqlarının qeyri-qanuni işğalına son qoymağı, Ermənistanın silahlı qüvvələrini işğal edilmiş bütün torpaqlardan çıxarmağı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələbləri və beynəlxalq hüququn norma və prinsipləri əsasında münaqişənin sülh yolu ilə nizamlanmasında konstruktiv iştirakı tələb etməyə çağırır.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031