Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Sarkisyanın Kremlə uğursuz demarş cəhdi-TƏHLİL

Mayın 5-də əvvəlcə “Dağlıq Qarabağdakı separatçı rejimin tanınması” ilə bağlı qanun layihəsinin Ermənistan hökuməti tərəfindən qəbul olunması barədə məlumat yayıb, daha sonra bu təkzib edən rəsmi İrəvan bircə gedişi ilə “nə etdiyinin fərqində olmadığını” göstərdi.

Eyni gündə, aralarında saat fərqli olmaqla rəsmi olaraq iki bir-birini təkzib edən xəbər yayıldı. Birinci xəbər Ermənistan hökumətinin qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qanun layihəsinə rəy verməsi idi. Həmin xəbərdə rəsmi İrəvanın qanun layihəsinə rəy verərək sənədi parlamentə göndərdiyi qeyd olunmuşdu. Sözügedən sənədin həmin gün hökumətin iclasında Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan tərəfindən təqdim edildiyi bildirilib.

Üstündən iki saat yarım keçəndən sonra isə bu xəbər tam təkzib olundu. Təkzib bəyanatı məlum qanun layihəsini parlamentə təqdim edən Savarş Köçəryanın işlədiyi nazirlikdən gəldi. İkinci xəbərdə qeyd olunurdu: “Ermənistan hökumətinin iki deputatın “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınması təşəbbüsü ilə bağlı rəyi ətrafındakı söz-söhbətlər yersizdir. Hökumətin rəyi bu təşəbbüslə razılıq demək deyil. Ermənistan hansı halda Dağlıq Qarabağın müstəqilliyini tanıyacağını dəfələrlə açıq şəkildə bəyan edib. Etibarlı tərəfdaş kimi Ermənistan prezidenti bu kimi vacib qərarla bağlı əvvəlcədən öz həmkarlarını, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini məlumatlandıracaq”.

Bu iki xəbər arasında diqqət çəkən bir əsas məqam var: rəsmi Moskvanın ilk xəbərdən sonrakı reaksiyası. Moskva vaxtı ilə saat 12:23-də Kremlin sözçüsü Dmitri Peskov Ermənistan hökumətinin  “DQR” tanınması haqqında qanun layihəsinə rəy verməsi ilə bağlı xəbərə münasibət bildirdi. Peskovun bəyanatında iki məqama diqqəti yönəltmək vacibdir. Birinci məqam, Kremlin sözçüsünün məlum qanun layihəsinin Moskva ilə müzakirə olunmadığını söyləməsidir. Cənab Peskov bununla Yerevana Moskvanın həmin qanun layihəsinə rəy vermədiyini çatdırdı.

İkinci məqam isə Putinin sözçüsünün “Bu kontekstdə qəbul olunacaq qərarı diqqətlə izləyirik. Sözsüz ki, əvvəlki kimi ümid edirik ki, tərəflər Dağlıq Qarabağda gərginliyin eskalasiyasına gətirib çıxaracaq addımlardan qaçacaq” bəyanatıdır. Peskov bununla Yerevana ikinci mesajını çatdırmış oldu. Bu, Rusiyanın Ermənistana “bundan sonrasına mən qarışmaram” ismarışı idi.

Əslində Yerevana mayın 4-də Rusiya XİN başçısı Sergey Lavrov da mesaj göndərmişdi. Yerli mediaya müsahibəsində Lavrov, Ermənistanın bu məsələni müzakirə etmədiyini bildirmişdi: “Bu, parlamentin 2 üzvünün təklifidir. Ermənistan hökuməti də öz qanunlarına əsasən bu qanun layihəsi üçün yekun rəy hazırlamalıdır. Mən İrəvanda olanda və daha sonra həmkarımla telefon danışığı zamanı, eləcə də aprel hadisələrindən sonra o Moskvaya gələrkən aydın şəkildə bildirdilər ki, Ermənistan münaqişənin sülh yolu ilə həllinə sadiqdir. Bu, o deməkdir ki, Dağlıq Qarabağın statusu birtərəfli qaydada deyil, ümumi razılıq əsasında müəyyənləşdiriləcək”.

Lavrovun bu mesajını diqqətə almaq istəməyən Sarkisyan iqtidarı yenə də həmişəki kimi qaydaları pozmağa çalışdı. Lakin göründüyü kimi bu cəhd uğursuz alındı. Kremlin bircə bəyanatı ilə Ermənistan geri addım atmağa məcbur oldu.

Bəs Yerevanın “DQR” tanımaqla bağlı ortaya atdığı “Erməsnitan XİN-nin dili ilə desək, iki deputatın təşəbbüsü ilə bağlı rəy”in məqsədi nə idi?

Bu sualın cavabı çox da çətin deyil. Ermənistan aprel hadisələrindən sonra Rusiyanın nəbzini yoxlamağa cəhd edir. Sarkisyan hakimiyyəti yaxşı anlayır ki, “DQR”-in tanınması 20 ildən çoxdur ki, davam edən danışıqlar prosesinə, eləcə də ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoyacaq. Nəzərə alsaq ki, bu danışıqlar prosesinin əsas təşəbbüskarı məhz Moskvadır, o zaman Yerevanın separatçı rejimin tanınması barədə təxribatın həm də Moskvaya qarşı yönəldiyini görməmək mümkün deyil.

Kremldə Qarabağdakı qondarma rejimin müstəqilliyinin Ermənistan tərəfindən tanınmasının nəticəsini yaxşı anlayırlar. Bunun Bakı üçün “casus belli”- müharibə üçün yaranan formal bəhanə olduğunu yaxşı anlayan rəsmi Moskvanın İrəvana bu demarşına yaxın günlərdə cavab verəcəyi gözləniləndir.

Bütün bu baş verənlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İrəvanla Moskva arasında dərin fikir ayrılığının mövcudluğuna dəlalət edir. Lavrovun İrəvana təkliflə getməsindən tutmuş Rusiya XİN başçısının son müsahibəsindəki fikirlərin Sarkisyan hökuməti tərəfindən təkzib edilməsi gözdən qaçılan faktlar deyil. Bir tərəfdən səsmi Moskva Lavrovun İrəvana Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təkliflə getdiyini açıqlayır, Ermənistan XİN başçısı Edvard Nalbandyan isə Rusiya XİN başçısının heç bir təkliflə gəlmədiyini deyir. Lakin həm Rusiya, həm də Azərbaycan və Ermənistan mediasında Lavrovun “5+2” təklifi ilə Ermənistana getdiyini, Dağlıq Qarabağ ətrafındakı işğal altındakı ərazilərin Azərbaycana qaytarılması ilə bağlı İrəvana təkliflər verdiyi barədə fikirlər müzakirə mövzusu olur. Sarkisyan hökuməti isə ciddi cəhdlə Lavrovun belə bir təkliflə çıxış etmədiyini söyləyir.

Görünən odur ki, Sarkisyan iqtidarı rəsmi Moskvanın etibarını ya itirib, ya da itirmək üzrədir. Kremlin təkliflərinə nümayişkaranə şəkildə “yox” cavabı verilməsinin  Sarkisyan iqtidarının sonunu gətirəcəyi açıq-aydın görünür. Nəzərə alaq ki, 2017-ci ildə Ermənistanda parlament seçkiləri keçiriləcək. Yeni konstitusiyaya görə, ölkəni parlamentin seçdiyi baş nazir idarə edəcək. Sakisyan bu posta özünü iddialı görür. Lakin Ermənistandakı hərbi xuntanın Dağlıq Qarabağ cəbhəsində aprel məğlubiyyəti və Kremlə qarşı edilən uğursuz demarşlar Sarkisyanın baş nazir postu ilə bağlı xəyalının üstündən iki bir-biri ilə kəsişən qara xətt çəkib. Çox güman ki, həmin xətlərdən birini məhz Kreml çəkib.

Fərid Əkbərov/ APA Analitik Mərkəzi  

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031