Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ohanyan yenə Moskvaya gedir?

Ermənistanın müdafiə naziri Seyran Ohanyan yenidən Moskvaya səfər edəcək. ANS PRESS-in məlumatına görə, nazirin müavini David Tonoyan “Aykakan Jamanak” qəzetinə müsahibə verib. Jurnalistin “bizdə olan məlumata görə, Ohanyan yenidən silah satışı ilə bağlı Moskvaya gedir” sualına cavabında bunu təkzib etməyib. O deyib ki, Ohanyanın ezamiyyətləri barədə mətbuata müvafiq xəbərlər verilir.

Məlumata görə, səfər zamanı əsas müzakirə mövzusu Rusiyadan kredit əvəzinə alınan silahların Ermənistana daha tez göndərilməsi olacaq.

“Ermənistan və Rusiya arasında əldə olunan silah müqaviləsinin həyata keçirilməsində heç bir problem yoxdur. Hər bir tərəf öhdəliklərini yerinə yetirir. Amma yeni vəziyyətə uyğun olaraq silahların Ermənistana nəzərdə tutulandan tez bir zamanda çadırılması ilə bağlı iş gedir. Bu məsələnin həllində də heç bir maneə yoxdur. Ermənistan və Rusiyanın mütəxəssisləri bir yerdə effektiv işləyirlər”, – deyə nazir müavini bildirib.

Amma silah alışını müzakirə etmək üçün Rusiyaya gedəcək Ohanyanın səfər tarixinin vaxtı açıqlanmır.

David Tonoyan - Ermənistanın müdafiə nazirinin müavini

David Tonoyan – Ermənistanın müdafiə nazirinin müavini

Ohanyan Moskvada sonuncu dəfə aprelin 27-də olub. O, həmin səfər zamanı 5-ci Beynəlxalq Təhlükəsizlik konfransında iştirak edib. Erməni nazir səfər çərçivəsində İranın müdafiə naziri Hüseyn Dehkanla görüşüb. Geniş tərkibli görüş zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.

O, Moskva səfəri zamanı Rusiyadan silah alışının sürətləndiriləcəyini demişdi. “Rusiyayla münasibətlərə gəlincə, Ermənistanın müdafiə naziri Rusiya ilə əvvəlki kimi əməkdaşlıq etdiklərini qeyd edib. Seyran Ohanyan bu sahədə “heç nə dəyişməyib” – deyə vurğulayıb.

Ötən il iyunun 26-da İrəvanda hökumətlərarası komissiyanın iclası çərçivəsində Ermənistan və Rusiya arasında 200 milyon dollarlıq kredit razılaşması imzalanıb. Bununla Rusiya Federasiyası hökuməti Ermənistan ordusunun müasir silahla təminatı üçün 200 milyon dollar məbləğində güzəştli kredit ayırıb. 2016-cı il fervalın 10-da isə iki ölkə arasında kredit müqaviləsi qüvvəyə minib.

Rusiyanın Azərbaycana silah satması Ermənistanın narazılığına səbəb olub. Bu məsələ ötən ay cəbhə xəttində vəziyyət gərginləşəndən sonra yenidən gündəmə gəlib. Məsələ ilə bağlı Rusiyanın rəsmiləri də açıqlama verməli olublar. Belə ki, Rusiya baş nazirinin müavini Dmitri Roqozin ermənilərin iddialarına cavab olaraq bəyan edib ki, əgər Moskva Dağlıq Qarabağ münaqişəsi tərəflərinə silah satışından əl çəkərsə, Rusiyanın yerini ABŞ və digər ölkələr tutacaq.

“Biz Azərbaycan və Ermənistana silahı maraqların balansına əməl etməklə satırıq. Biz bölgədən gedən kimi, Azərbaycan və Ermənistan ilə hərbi-texniki əməkdaşlığı dayandıran zaman ərazidə siyasətdə daha böyük qüvvələr peyda olacaq və onlar əsl real müharibə yaradacaqlar”, – deyən Roqozin bununla da ermənilərin narazılığına baxmayaraq silah satışının davam edəcəyini deyib.

Rusiyanın baş naziri Dmitri Medvedev müsahibə verərkən

Rusiyanın baş naziri Dmitri Medvedev müsahibə verərkən

Cəbhə bölgəsindəki döyüş əməliyyatlarından sonra Bakıya səfər edən Rusiyanın baş naziri Dmitri Medvedev də ölkəsinə qayıdandan sonra silah satışı məsələsinə aydınlıq gətirib. Rus nazir jurnalistin “Azərbaycan və Ermənistana silah satışı davam edəcəkmi?” sualına belə cavab verib: “Rusiya hər iki ölkə ilə əməkdaşlıq əlaqələrinə malikdir. Rusiyanı həm Ermənistan, həm də Azərbaycanla çoxəsrlik münasibətlər bağlayır. Burada hər şey aydındır. Siyasi və hərbi məsələlərdə də Rusiya hər iki ölkəyə eyni gözlə baxır”.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031