Rusiya XİN Dağlıq Qarabağın statusu barədə
Dağlıq Qarabağın taleyi siyasi-diplomatik vasitələrlə həll edilməlidir.
Virtualaz.org “RİA Novosti” agentliyinə istinadən bildirir ki, bunu cümə axşamı günü RF XİN rəsmisi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin – Rusiya, Fransa və ABŞ-ın prezidentlərinin 2009-2013-cü illərdə verdikləri bəyanatlarında açıqlanan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prinsipləri arasında qeyd olunur ki, Dağlıq Qarabağın statusu həmin regionun xalqının hüquqi icbari rəyini bildirməsi əsasında müəyyən edilməlidir.
Rusiya bu məqsədə çatmaq üçün zəruri olan bütün dəstəyi verməyə hazırdır, Zaxarova əlavə edib.