Müsəlman Londonun meri seçildi
Leyboristlər Partiyasından namizəd Sadik Xan ilk müsəlman olaraq London meri seçkilərində qalib gəlib. Xan fəhlə ailəsində dünyaya gəlib.
Onun atası avtobus sürücüsü işləyib.
Seçkilərin qalibi özü isə insan haqları üsrə ixtisaslaşan hüquqşünasdir.
O, leyboristlərin kölgə kabinetində nəqliyyat naziri, lord-kansler, ədliyyə naziri və London işləri üzrə nazir olub. Sadik Xan Pakistan əsillidir.