Ermənistanın ən böyük şirkəti borca görə ofisini satdı
Ermənistanın məşhur “Air Armenia” aviaşirkəti kredit borcuna görə ofisini banka satıb.
yknews.az azvision.az-a istinadən bildirir ki, bu barədə “Johovurd” qəzeti məlumat yayıb.
Məlumata əsasən, şirkət rəhbərliyi hazırda yeni ofis axtarışındadır.
Şirkətin mətbuat xidmətinin rəhbəri Sirak Ambarsumyan qəzetə bildirib ki, hazırda sənədlərin bərpa edilməsi prosesi ilə məşğul olur: “Hazırda mən yeni reysin nə vaxt olacağını konkret bilmirəm”.