Ermənistan xüsusi təyinatlılarını Qarabağa göndərdi
Ermənistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələri Dağlıq Qarabağa göndərilib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Yerevanda onların işğal olunmuş torpaqlara yola salınması mərasiminə ölkənin polis rəisi Vladimir Qasparyan da qatılıb.
Sayları 100-dən artıq olan xüsusi təyinatlılar Dağlıq Qarabağda strateji obyektlərin qorunmasına cəlb olunacaq.