Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ulu Öndər Heydər Əliyevə həsr olunan çempionatın qalibləri mükafatlandırılıb

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə təşkil etdiyi “QHT-lər arasında atıcılıq çempionatı”nın qaliblərinin mükafatlandırılması  mərasimi keçirilib.

Çempionatda QHT-lərin Azəri Yurdu gənclərin İctimai Birliyi, Bakı Gənclər Klubu, Sağlam Düşüncə gənclər İctimai Birliyi, İstedadlı Əlillər İctimai Birliyi, Konstitusiya Araşdırmalar Fondu və Binəqədi rayonunun İcra hakimiyyəti, Bələdiyyə, Gənclər, YAP və Veteranlar komandaları iştirak edib. Başlanğıc, yarımfinal, final olmaqla 3 mərhələ üzrə keçirilən yarışıda I yeri Veteranlar, II yeri YAP, III yeri isə İstedadlı Əlillər İctimai Birliyi komandası qazanıb. Çempionat qaliblərinin mükafatlandırılması mərasimində Şura sədri, millət vəkili Azay Quliyev və Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov iştirak edib. Mərasimdə çıxış edən Azay Quliyev və Xaləddin İsgəndərov bu cür çempionatların keçirilməsinin vətəndaşların, xüsusi ilə gənclərin vətənpərvərlik hisslərinin güclənməsində, hərbi hazırlıq səviyyəsinin artırılmasındakı rolunun əhəmiyyətini vurğulayıblar.

Mükafatlandırma mərasimindən sonra Azay Quliyev və Xaləddin İsgəndərovun iştirakı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda gənclərlə görüş keçirilib. Şura sədri Azay Quliyev müasir Azərbaycan dövlətinin memarı olan ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin əsaslarını möhkəm özüllər üzərində qurduğunu və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirildiyini deyib. Şura sədri ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayaraq gənclərin daima bu irsə böyük ehtiram və sədaqətlə yanaşdığını qeyd edib.

Azay Quliyev Ulu Öndərin gənclərə göstərdiyi yüksək diqqəti və qayğısı ilə bağlı şahidi olduğu hadisələr haqqında xatirələrini də gənclərlə bölüşüb.

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin qurulmasındakı xidmətlərindən bəhs edib. X. İsgəndərov müasir dövrdə gənclərin dövlətimiz tərəfindən hərtərəfli qayğıyla əhatə edildiyini və onların gələcək həyatlarını ümummilli liderimizin tövsiyələri  istiqamətində qurmalı olduğunu vurğulayıb.

Görüşdə cənab prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Ölkəmizi Tanıyaq” layihəsi çərçivəsində Naxçıvana edilən I və II tur tanışlıq səfərinin iştirakçısı olmuş Binəqədi rayon məktəblərinin şagirdlərinə serfikatlar təqdim edilib. Məktəblilər onların ölkəmizin müxtəlif guşələri ilə əyani tanışlığı üçün yaradılan şəraitə görə ölkə başçısına təşəkkürlərini bildiriblər.

Daha sonra gənclər onları maraqlandıran suallarla qonaqlara müraciət etmiş və görüş diskussiya formasında davam etdirilmişdir.

Qeyd edək ki, Binəqədi rayon İcra Hakimiyyətinin təşkilati dəstək verdiyi layihənin koordinatoru Azərbaycan Tələbələr Birliyidir.

yknews.az

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031