Lavrov Qarabağ danışıqlarından danışdı:“Düşünürəm ki, tezliklə yaxın təması razılaşdıracağıq”
Strateq.az Rusiya XİN saytına istinadla xəbər verir ki, xarici işlər naziri Sergey Lavrov “Rusiya bu gün” (МИА «Россия сегодня») Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində bir sıra aktual xarici siyasət məsələləri ilə yanaşı Mokvanın Qarabağ nizamlanması ilə bağlı vasitəçilik səyləri barədə də fikirlərini açıqlayıb.
“Bizim sərhədlərimiz yaxınlığında daha bir kəskin münaqişə alovlandı – Dağlıq Qarabağ. Bu günlərdə hər iki tərəfdən kifayət qədər sərt bəyanatlar səsləndi: Ermənistan tərəfdən “Dağlıq Qarabağ Respublikası”nın hipotetik tanınması mümkünlüyü bəyan eidldi. Azərbyacan sərt cavab verdi. Vəziyyət gərinləşir. Rusiya yaxın vaxtlarda vəziyyəti sakitləşdirmək üçün hər hansı addımalr atmaq niyyətindədirmi?” – sualnı cavablandıran Lavrov deyib ki, Rusiya tərəflərlə daim təmasdadır: “Prezident Vladimir Putin şəxsən bu işlə məşğul oldu. Mən özüm bir neçə dəfə həmkarlarımla şəxsən danışdım. Biz bu barədə ABŞ dövlət katibi Con Kerri ilə danışdım. Çünki Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləridir.
Biz bu mövzuda Moskvada bu “üçlüyün” üzvü kimi Fransanın xarici işlər naziri J.M.Eyro ilə müzakirələr apardıq. Əlbətdə ki, indi əsas məsələ yeni qurbanlardan qaçmaq, atəşkəsin pozulması hallarının qarşısını almaq, bunun üçün real tədbir və mexanizmlər hazırlamaqdır”.
Lavrov qeyd edib ki, Rusiya və digər vasitəçilər münaqişə tərəflərinin danışıqlarını planlaşdırlar: “Planlaşdırırıq, çünki, bu iş yüksək diqqət tələb edir. Düşünürəm ki, tezliklə yaxın təması razılaşdıracağıq. Təbii ki, həmsədrlərin və tərəflərin iştirakı ilə, bu iş kollektiv format tələb edir”.
Lavrov qeyd edib ki, bütün bunlarla yanaşı siyasi proses barədə unutmaq olmaz: “Əlbətdə ki, siyasi prosesi də yaddan çıxarmaq olmaz. Yəqin ki, ehtiraslar sakitləşməlidir. Bu başadüşləndir. Amma siyasi proses və nizamlanmanın alternativi yoxdur. Tərəflər arasında müzakirə olunan məlum ideyalar var. Əvvəlki kimi əminəm ki, çətin də olsa bunları hər iki tərəf üçün məqbul olan sənədlərə çevirmək olar”.