Ermənistan Qarabağı tanımaqdan İMTİNA ETDİ
Ermənistan hökuməti Dağlıq Qarabağın tanınması ilə bağlı layihəni parlamentə göndərib. Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, hökumət Qarabağın tanınması məsələsində geri addım atıb.
Ermənistan Xarici İşlər Nazirliyi Nazirlər Kabinetinin iclasında müxalifətçi deputatlar – Zarui Postancyan və Qrant Baqratyanın “Artsax Respublikasının tanınması barədə” təklifinin hazırki danışıqlar prosesinin şərtlərinə uyğun olmadığını bildirərək layihəni geri çevirib.