Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ermənistan ordusuna yardım üçün başlanmış ianə kampaniyası uğur qazanmayıb

Aprel döyüşlərində yaşadığı uğursuzluqdan sonra Ermənistan ordusuna yardım üçün bütün dünya ermənilərinin başladığı ianə kampaniyası çərçivəsində cəmi 8 milyon dollar vəsait yığılıb.

ANS PRESS-in məlumatına görə, Ermənistan ordusunın işğal edilmiş Azərbaycan ərazilərində yaratdığı yerli idarəetmə rejimindən bildirilib ki, ianə üçün dörd valyuta – dram, dollar, avro və rubl üzrə ayrı-ayrı hesablar yaradılıb, yəni dünyadakı bütün erməni diasporundan kömək gözlənilib. Lakin aprelin 4-dən mayın 3-nə kimi bununla bağlı yaradılmış xüsusi ianə fonduna cəmi 5115 hüquqi və fiziki şəxs pul keçirib. Beləliklə, son bir ay ərzində erməni mətbuatı tərəfindən geniş təbliğ edilən aksiyanın elə də ciddi nəticə vermədiyi ortaya çıxıb.

Azərbaycan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, polkovnik-leytenent Üzeyir Cəfərov ANS PRESS-ə müsahibəsində Ermənistan ordusunun bir ay ərzində cəmi 8 milyon dollar yığmasını gülünc rəqəm adlandırıb: “8 milyon dollara bir tank belə almaq mümkün deyil. İndi normal tank 10 milyon dollardan bahadır. Aprel döyüşlərində qarşı tərəfin təmas xəttini keçmək istəyən 10-dan çox tankı vurulub”.

Polkovnik-leytenantın dediklərini Ermənistan ordusunun yaydığı məlumatlar da təsdiqləyir. Mayın 1-də açıqlama yayan Ermənistan tərəfi aprel döyüşlərində vurulmuş Ermənistan ordusuna məxsus 14 tankdan artıq 6-nın təmirinin başa çatdığını bildirib.

Üzeyir Cəfərovun sözlərinə görə, bu, erməni xalqının, xüsusilə də diasporun Ermənistanı idarə edən «Qarabağ» klanına inamının itməsinin göstəricisidir: «Aprelin əvvəlində baş vermiş döyüşlər göstərdi ki, istər erməni diasporunun ianələri ilə, istər Rusiyanın verdiyi 200 milyon dollarlıq krediti ilə alınmış sursatlar Azərbaycan ordusu tərəfindən darmadağın ediləcək. Buna görə də pul vermək istəmirlər. Azərbaycan Müdafiə Nazirliyi də  sübut etdi ki, uzunmüddətli döyüş aparmağa qadirdir».

Ermənistan ordusunun könüllü "döyüşçü"sü qoşunların təmas xəttində

Ermənistan ordusunun könüllü “döyüşçü”sü qoşunların təmas xəttində

Bu fikir bir sıra erməni ekspertlər tərəfindən də vurğulanır. Məsələn, Ermənistan ordusunun aprelin sonlarında Azərbaycanın yaşayış məntəqələrini aramsız gecə atəşinə tutmasını erməni ekspert Armen Arakelyan  həmin günlərdə militarist “hetq.am” portalında yazdığı məqaləsində Ermənistanın rəsmi Bakının  apardığı siyasətə uduzması sayıb.

“Məsələ bundadır ki, Ermənistan ordusu yalnız düşmənin qarşısını almaq üçün öz resurslarını nə qədər çox xərcləyirsə, öz arsenalını da bir o qədər çox  tükədir. Halbuki, Azərbaycan bahalaşan neft və qazın satışından gələn gəlirləri ilə daim onu bərpa etmək imkanına malikdir. Qarşıdurma üçün erməni tərəfinin nə maliyyə resursu, nə də insan potensialı var və yaxın gələcəkdə də olmayacaq”.

Azərbaycan Müdafiə Nazirliyinin mayın 4-də yaydığı məlumat da Armen Arakelyanın dediklərini təsdiqləyir. Nazirliyin məlumatına görə, Ermənistan silahlı qüvvələrinə qarşı əks-həmlə əməliyyatları zamanı istifadə edilmiş sursat və mərmilərin yerlərinin doldurulması, eləcə də əlavə ehtiyatların yaradılması məqsədilə Azərbaycanın hərbi sənaye komplekslərində, Rusiya və digər ölkələrin hərbi müəssisələrində istehsal edilən müxtəlif silah, texnika, digər döyüş elementləri üçün nəzərdə tutulmuş hər növ çaplı sursat və mərmilər qoşunların sərəncamına verilir.

Azərbaycan ordusunun döyüşlər üçün hazırladığı mərmi ehtiyatı

Azərbaycan ordusunun döyüşlər üçün hazırladığı mərmi ehtiyatı

Müdafiənin ön xəttində, eləcə də cəbhəboyu zonada yerləşən hərbi hissələrin təyin olunmuş döyüş dəstləri ilə təminatı normalara uyğun eşalonlaşdırılır. Eyni zamanda uzun müddətli döyüş əməliyyatları aparmaq üçün əlavə toxunulmaz ehtiyatların da yaradılması istiqamətində tədbirlər davam etdirilir.

Azərbaycan xalqı da müharibəyə hazırdır. Heç bir təbliğat olmadan mayın 1-nə olan vəziyyətə Azərbaycan ordusuna yardım fonduna 74 milyon manat, yəni təxminən 50 milyon dollar yığılıb. Bu rəqəm göstərir ki, münaqişə sülh yolu ilə həll edilməzsə, Azərbaycanın dövləti ilə yanaşı, xalqı da ölkənin ərazi bütövlüyünü müharibə yolu ilə təmin etməyə qərar verib.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031