Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun 2016-cı il üçün fəaliyyət proqramının təqdimatı keçirilmişdir
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) 2015-ci il üçün illik hesabatı və 2016-cı il üçün fəaliyyət proqramının təqdimatı keçirilmişdir. Təqdimatda MQF-nin prezidenti Rauf Zeyni 2015-ci ildə MQF-nin həyata keçirtdiyi layihələr barədə məlumat verdi. Məlumatda bildirildi ki, hesabat ili ərzində “QHT-lərə instisional inkişaf sahəsində xidmətlərin göstərilməsi” adlı layihə çərçivəsində Bakı QHT Resurs və Təlim Mərkəzi yaradılmış, bu sahədə müxtəlif tədbirlər keçirilmiş, o cümlədən, MQF-nin xidmətlərindən layihə dövründə 120-dən cox QHT, 5-dən cox beynəlxalq donor təşkilatları, 200-dən cox könüllülük prinsipi əsasında fəaliyyət göstərən tələbə gənclər və QHT-lərin fəaliyyətlərinin işıqlandırılması yolunda fəaliyyət göstərən 30-dan çox KİV nümayəndəsi, MQF-nin üzvləri və nəzdində fəaliyyət göstərən 20 mərkəz yararlanmışdır.
Sonra MQF-nin koordinatoru Cəmilə Abdullayeva “QHT-lərə instisional inkişaf sahəsəndə xidmətlərin göstərilməsi” adlı layihə çərçivəsində 2015-ci ildə keçirilmiş tədbirlər haqqında geniş məlumat verdi və MQF-nin prezidenti Rauf Zeyni həyata keçirilən layihələr haqqında illik maliyyə hesabatını təqdim etdi.
Sonra MQF Elm Mərkəzinin direktoru tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədovanın ötən il ərzində mərkəzin gördüyü işlər barədə hesabatı dinlənilmişdir. Hesabatda məlum olmuşdur ki, MQF Elm Mərkəzinin nəzdində 4 İşçi Qrupu yaradılmış və fəaliyyətə başlamışdır. Həmçinin mərkəz beynəlxalq və yerli univetrsitetlərlə birgə tədbirlər keçirmişdir. MQF Turizm Mərkəzi və digər mərkəz direktorları 2015-ci il ərzində gördüyü işlər barədə hesabat vermişdir.
Hesabat təqdimatında MQF Nəzarət və Təftiş Komissiyasının sədri Ceyhun Hacıbəyov çıxış edərək bildirdi ki, ötən il müddətində Forumda və Forumun üzvü olan təşkilatlarda heç bir qanuna zidd hallar qeydə alınmamışdır.
Daha sonra Regional QHT Resurs və Təlim Mərkəzinin direktoru Qalib Nəbiyev regionlarda QHT-lə görülən iş barədə hesabat verdi. Qeyd etdi ki, ötən illərə nisbətən bu il regionlarda QHT-lərin sayında artım müşahidə olunmaqdadır.
Sonda təqdimatda MQF İdarə Heyətinin sədr müavini Ümid Rəhimov, MQF prezidentinin müşaviri Günel İbrahimli, MQF Maraqlı Adamlar Klubunun direktoru, yazıçı Varis Yolçuyev, MQF Diaspora və Lobbiçilik Mərkəzinin direktoru İlqar İlkin, MQF Beynəlxalq Təhsil və Tədris Mərkəzinin direktoru, professor Kazım Əzimov və digərləri çıxış etdilər.
yknews.az