Azərbaycan FİFA reytinqində 133-cüdür
Azərbaycan yığma komandası FİFA reytinqində 133-cü yerdə qərarlaşıb.
May ayı üçün reytinqdə ölkə yığması 269 xalla 1 pillə irəliləyə bilib.
Azərbaycan yığmasının “Dünya Çempionatı-2018” çərçivəsindəki rəqiblərindən Almaniya 5-ci, Şimali İrlandiya 26-cı, Çexiya 29-cu, Norveç 49-cu və San-Marina 200-cüdür.
Dünya futbol reytinqinə Argentina başçılıq edir. Onun 1532 xalı var. Növbəti pillələrdə Belçika (1364), Çili (1353) və Kolumbiya (1337) qərarlaşıb.