Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Əli Həsənov: “Ermənistana təzyiq olmasa, müharibə qaçılmazdır”

“Neçəki Azərbaycanın işğal altında olan torpaqları qaytarılmayıb, neçəki işğalçı erməni ordusu Azərbaycanın ərazilərini tərk etməyib, Dağlıq Qarabağın ətrafında gedən proseslərə son qoyulmayıb, sülh sazişinə nail olunmayıb, cəbhə bölgəsində gərginlik davam edəcək.
Biz istəsək də, istəməsək də davam edəcək”.
Bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov Kəpəz TV-yə müsahibəsində deyib.
Əli Həsənov son vaxtlar cəbhə bölgəsində artan gərginlik, ermənilərin təxribatlarının mütəmadi xarakter alması və indiki danışıqlar prosesinin gedişindən danışıb: “Sadəcə, Ermənistan tərəfi danışıqlarda nümayiş etdirdiyi qeyri-konstruktivliyi, cəbhə bölgəsində, xüsusən də dinc əhaliyə qarşı son zamanlar yaşanan proseslər də bunu göstərdi, təmas nöqtəsində bu mövqelərini davam etdirirlər. Mütəmadi olaraq təxribatlar törədirlər, mütəmadi olaraq fürsət düşən kimi dinc əhalinin yaşadığı yaşayış məskənlərini müxtəlif çaplı silahlardan atəşə tuturlar, məqam düşən kimi Azərbaycan Ordusunun mövqelərini atəşə tuturlar.
Ən dəhşətlisi də odur ki, atəşə tutan da onlardır, beynəlxalq aləmə, dünyaya Azərbaycanın atəşkəsi pozması haqqında səs-küy salan da onlardır. Ən dəhşətlisi budur. Son hadisələr – aprel ayının 1-2-d,ə siz bilirsiniz, bütün Azərbaycan xalqı bilir ki, Azərbaycan Ordusu nəhayət onların bu təxribatına dözmədi və müvafiq olaraq Azərbaycan mövqelərinə, o cümlədən yaşayış məntəqələrinə, dinc əhalinin yaşadığı məskənlərə hücum edən ermənilərə layiqli cavab verdi. Cavab verə-verə də onları illərdən bəri Azərbaycan ərazilərini təhdid altında saxladıqları, atəş altında saxladıqları mövqelərini ələ keçirdi.
Quldur erməni ordusunun çoxsaylı nümayəndələrini məhv elədi və Azərbaycan torpaqlarından onları xeyli uzaqlaşdırdı. Amma hal-hazırda da bu, bilirsiniz ki, erməni ordusunun atəşkəsi pozması halları davam edir, müvafiq olaraq Azərbaycan Ordusu onlara cavab verir. Danışıqlar prosesini onlar pozurlar, müvafiq olaraq danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirirlər və mövcud status-kvonu qorumağa çalışırlar. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə, o cümlədən son günlər cəbhə bölgələrinə səfər çərçivəsində bəyan etdi ki, neçəki quldur, işğalçı ordu Azərbaycan torpaqlarını tərk etməyib, Azərbaycan Ordusu onlara layiqli cavab verməkdə davam edəcək, Azərbaycan Ordusu bu işğalçı orduya atəşlərlə cavab verməkdə davam edəcək. Danışıqlarda da, bilirsiniz ki, Azərbaycanın mövqeyi birmənalıdır – bizim torpaqlar azad olunmalıdır, bölgədə qaçqın-köçkünə çevrilmiş əhali öz yurd-yuvalarına qaytarılmalıdır, ondan sonra Dağlıq Qarabağın statusu ətrafında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində danışıqlar aparıla bilər”.
“Erməni tərəfinə danışıqlarla bağlı müəyyən vaxt qoyulubmu? Ümumiyyətlə, müharibə başlaması ehtimalı nə dərəcədə realdır?” sualını isə Əli Həsənov belə cavablandırıb: “Əvvəla ermənilər, Ermənistan rəhbərliyi, hal-hazırkı irticaçı erməni rəhbərliyi heç bir konstruktiv mövqe nümayiş etdirmir. Bir danışıqda razılaşdırılmış mövqelərdən ikinci danışıqlarda imtina edirlər. Mütəmadi olaraq, belə deyək, beynəlxalq tədbirlərdə, xüsusən də Minsk qrupunun həmsədrlərinin iştirakı ilə keçirilən tədbirlərdə danışıqları pozurlar. Ona görə də biz onlardan konstruktiv mövqe gözləmirik. Amma beynəlxalq aləmdən biz Ermənistana təzyiq siyasəti gözləyirik. Biz gözləyirik ki, Minsk qrupu, BMT və digər Avropa strukturları, Minsk qrupunu təmsil edən böyük ölkələr Ermənistana təzyiq göstərsin və nəhayət də bunları ciddi olmağa məcbur etsin. Əks təqdirdə bu danışıqlar uzanacaq və müharibə qaçılmazdır”.
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031