“Rembo” ləqəbli tankçımız komadan ayıldı
“Rembo” ləqəbli yaralı döyüşçümüz, tankçı-mexanik Razi Cavadov komadan ayılıb.
Modern.az xəbər verir ki, yaralı hərbçi ayılan kimi anasını istəyib. Hazırda döyüşçünün həkim nəzarəti altında müalicəsi davam etdirilir.
Goranboy rayonunun Balakürd kənd sakini, Azərbaycan ordusunun müddətdən artıq hərbi qulluqçusu, tankçı “Rembo” ləqəbli Razi Cavadov aprelin 2-dən 6-na qədər Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ilə işğal altındakı Talış kəndi arasındakı yüksəkliklər uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib.
Atasının və döyüş yoldaşlarının dediyinə görə, Razi Cavadov 4 günlük döyüşlərdə düşmən postunu darmadağın edərək onları pərən-pərən salıb, düşmənin bir neçə texnikasını və canlı qüvvəsini məhv edib.
Aprelin 6-da Razi düşmən snayperi tərəfindən başından vurulub.
Onun üç azyaşlı uşağı – iki oğlu, bir qızı var.