Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ermənistan tullantılar mənbəyidir – Natçkebia

Gürcüstanda üçü Ermənistan vətəndaşı olmaq altı nəfərin uran elementi ilə tutulması yenidən müzakirə mövzusu olub. Analitiklər, siyasətçilər və ekspertlərin fikrincə, tutulan maddə nüvə silahı istehsalı üçün yararlı olmasa da, çirkli radioaktiv maddə kimi cəmiyyət üçün ciddi təhlükə mənbəyidir.

Gürcüstanın Terror və Siyasi Araşdırmalar Mərkəzinin direktoru, Tiflis Dövlət Universitetinin professoru, politoloq Badri Natçkebia AzərTac-a müsahibəsində Cənubi Qafqazın öz mürəkkəbliyi və vacibliyi ilə seçilən region olduğunu deyib:

“Gürcüstan və Azərbaycan Qərblə Şərqin körpüsü hesab olunur. Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, bəzi qüvvələr və ölkələr bizim dövlətlərimizin inkişafını və möhkəmlənməsini istəmirlər. Ona görə də müxtəlif yollarla bizə ciddi maneələr törədirlər. Gürcüstan ərazisində üçü Ermənistan vətəndaşı olmaqla altı nəfər nüvə silahı və ya reaktoru üçün istifadə olunan uranı satmaq istəyərkən yaxalanıblar. Bundan bir neçə gün sonra daha bir neçə nəfər iki kiloqrama yaxın uranla tutuldu. Hətta onlar həmin maddəni milyonlarla ABŞ dollarına satmaq üçün müştəridə tapmışdılar. Sual yaranır, bu radioaktiv maddələr haradan gətirilə bilər? Gürcüstanda 20 ildən çoxdur atom reaktoru yoxdur. Radioaktiv maddələri 20 il bundan əvvəl Gürcüstandan çıxarılıb. Azərbaycanda isə nüvə reaktoru ümumiyyətlə olmayıb. Belə olan halda deyə bilərik ki, Cənubi Qafqazda ən real mənbə Ermənistandır. Həbs olunanlardan bir neçəsinin Ermənistan vətəndaşı olmasını nəzərə almasaq belə, nəticə etibarilə deyə bilərik ki, bu maddə Ermənistandan gətirilir. Ermənistan Atom Elektrik Stansiyası region və digər qonşu ölkələr üçün çox ciddi radioaktiv təhlükə mənbəyidir. Düşünmək olar ki, uzun illər ərazində, xüsusən də xaos dövründə bu təhlükəli maddə kimlərinsə əlinə keçib və indi üzə çıxarılır. Burada qəribə və ya gizlədilməli heç nə yoxdur. Bu, ən böyük ehtimaldır”.

Politoloqun fikrincə, bu cür maddələrin əldə olunmasında maraqlı olan qüvvələrdən biri də terror qruplarıdır. Nüvə texnologiyası, nüvə silahını əldə etmək hər bir terror təşkilatının arzusudur. Bəzi ölkələr hətta bu silahı almaq üçün cəhdlər göstərdilər. Bu, çox ciddi şantaj vasitəsidir. Bütün hallarda uran elementinin terrorçuların əlində olması çox ciddi narahatlıq yaradan məsələdir: “Düzdür, deyirlər ki, həmin şəxslərdən götürülən uran vasitəsilə nüvə silahı istehsal etmək olmaz. Amma nəzərə almalıyıq ki, məsələ təkcə silahların yaradılmasında deyil. Uran özü-özlüyündə çox təhlükəli maddədir. Bu maddə ilə ətraf mühiti, içməli su hövzələrini, bir sözlə, flora və faunanı ciddi şəkildə zəhərləmək olar”.

Badri Natçkebia bu cür maddələrdən istifadə olunmaqla regionda həyata keçirilən irimiqyaslı layihələrin də terrora məruz qalmasını istisna etməyib: “Gəlin 2008-ci ilin 4 avqust hadisələrini xatırlayaq. İlk növbədə həmin dövrdə Bakı-Tbilisi-Ceyhan neft kəmərində terror hadisəsi törədildi, sonra müharibə başlandı və bu 5 günlük müharibə nəticəsində biz ərazilərimizin 20 faizini itirdik. Ona görə də indiki zamanda da hər hansı bir layihənin, kəmərin, yolun yenidən terrora məruz qalacağını istisna etmirəm”.

O bildirib ki, Şimali və Cənubi Qafqazda mövcud olan terror təşkilatların bəziləri hətta beynəlxalq miqyasda tanınırlar. Bəzi qüvvələr bu təşkilatlardan böyük və kiçik dövlətlərin ərazisində sabitliyi pozmaq, münaqişə ocaqları, xaos yaratmaq üçün istifadə edirlər.

“Ona görə də regionda hər hansı bir terror hadisəsinin baş verə biləcəyini, irimiqyaslı layihələrin və ümumilikdə xalqlarımızın bundan əziyyət çəkməsini istisna etmirəm”, – deyə Natçkebia vurğulayıb.

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031