Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Sarkisyanın iki həftə vaxtı qalıb

Ermənistan prezidenti Serj Sarkisyanın Qarabağdakı gərginlik fonunda danışıqlar prosesindən imtina etdiyi barədə isterik bəyanatına baxmayaraq rəsmi İrəvan Azərbaycanla tezliklə – yaxın 2 həftədə danışıqlar masasına oturacaq.

ANS PRESS-in məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin sabiq müavini, “Siyasi araşdırmalar mərkəzi” Fondunun direktoru Andrey Fedorov deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi zonasında Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında baş verən 4 günlük müharibə vəziyyəti o qədər dəyişib ki, münaqişəyə köhnə qaydada yanaşma tamamilə alt-üst olub.

“Mövcud status-kvo var idi və bunu ciddi-cəhdlə qorumağa çalışırdılar. İndi bu situasiya dəyişib. İrəvan baş vermiş hadisələrdən sonra əvvəlki vəziyyəti saxlaya bilmir. Onlara bu münaqişədə yeni danışıqlar mövqeyi lazımdır. Lakin yeni danışıqlar mövqeyi ATƏT-in Minsk qrupunun çərçivəsində deyil, Moskvanın vasitəçiliyi ilə birbaşa Azərbaycanla danışıqlar aparmaqdan ibarətdir. Məndə olan məlumata görə, bu yeni mövqe İrəvanda indi mövcud deyil.”, – Fedorov bildirib.

Siyasətçinin sözlərinə görə, diplomatiyada belə bir qayda var: Öz mövqeyin yoxdursa, danışıqlar masasından heç vaxt durma.

“Bu gün İrəvanda yeni mövqenin formalaşdırılmasına bir çox məsələlər mane olur. Birincisi, bu gün Ermənistanda daxili siyasi əhval-ruhiyyə danışıqlardan çox qarşıdurmaya köklənib. Ona görə ki, Ermənistan rəhbərliyindəki, həmçinin hərbidə olanların çoxları hesab edir ki, Ermənistan öz mövqeyindən tamamilə imtina etməyib, qüvvədə saxlayır. Əslində bu qarşıdurmalı yanaşma həmişə olub. Sadəcə, özünü biruzə vermirdi, aprel hadisələrindən sonra bu yanaşma qızışır”, – diplomat deyib.

Fedrorov əmindir ki, hazırda İrəvanda rəsmilər arasında çaşqınlıq yaşanır, onlar bundan sonra nə edəcəklərini bilmirlər: “Ermənistan təkbaşına hamıya qarşı olmaq vəziyyətinə düşmək istəmir. İndi İrəvanda bundan hər nə olursa olsun qaçmağa çalışırlar. Onlar hansısa daxili kompromis tapmaq istəyirlər ki, danışıqlara gedə bilsinlər.”

Bu məqamda Fedorov birmənalı şəkildə vurğulayıb ki, Ermənistan danışıqlar masasına yenidən oturmağa məcbur olacaq. Onun sözlərinə görə, bu, çox tezliklə baş verəcək.

“Burada söhbət maksimum iki həftədən gedir. Ermənistan prezidenti yaxın vaxtlarda danışıqlar məsələsinə görə Rusiya rəhbərliyi ilə yeni konsultasiyalara başlayacaq. Yalnız bundan sonra bəzi irəliləyişlər olacaq. Bir şey aydındır ki, bu vəziyyətdə İrəvan danışıqlar prosesindən imtina edə bilməz, çünki əks halda məğlub olacaq.”, – rusiyalı diplomat qeyd edib.

Aprelin 24-də Sarkisyan bəyan etmişdi ki, Dağlıq Qarabağ münaqişəsi zonasında müharibə “istənilən an” başlaya bilər və münaqişənin nizamlanmasına dair danışıqların perspektivi çox azdır.

Ermənistan prezidenti müsahibədə ilk dəfə açıq şəkildə bildirib ki, danışıqlardan imtina edir  və indiki şərtlərdə danışıqlar prosesinə qayıtmağı planlaşdırmır.

“Rusiyanın vasitəçiliyi altında əldə edilən atəşkəs daha geniş miqyasda müharibənin əngəllənməsi üçün kifayət deyil”, – Sarkisyan bildirib.

Ermənistan prezidenti aprelin əvvəllərində gedən döyüş əməliyyatlarından danışarkən deyib ki, Azərbaycan döyüşlərə “bir neçə yüz tank və 30 minə yaxın artilleriya qurğusu” cəlb etmişdi.

“Təhlükəsizlik qarantiyası olmadan Ermənistanın sülh danışıqlarına qayıtması ağlasığmazdır. Çünki indi situasiya tamamilə başqadır. Bir tərəfdən biz haradasa danışıq aparacağıq, o biri tərəfdən hərbçilər burada münaqişəni həll etməyə çalışacaqlar?”-Sarkisyan deyib.

Lakin qısa müddət sonra Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bəyan etdi ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsininnizamlanması üzrə danışıqlar prosesindən imtına etmir.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031