Qarabağdakı muzdlularla ermənilər arasında ciddi insidentlər yaşanır
Rusiyalı hərbi ekspert Aleksey Ramm Ordumuzun aprel döyüşləri zamanı istifadə etdiyi taktikanı İsrailin Colan təpələrində Suriyanın mümkün müdaxiləsinin qarşısını almaqdan ötrü tətbiq etdiyi təcrübəni əsas götürdüyünü qeyd edib.
O, iddia edir ki, İsrailin 20 km-dən artıq məsafədə zirehli hərbi tüxnikanı və müxtəlif qurğuları, səhra istehkamlarını məhv etməyi bacaran “Spayk-NLOS” (birbaşa görünməyən hədəfi vuran) raket sistemləri var. Bildirir ki, bu silahları əldə etdiyini Bakı sirr kimi saxlayır.
Rus ekspert daha sonra arsenalımızda T-90, PDM-3 zirehli maşınlara diqqət yetirərək, Xüsusi Təyinatlıların tank əleyhinə idarə edilən raketlərdən yararlandığını təqdir edib.
Ekspert yazır ki, aprel döyüşləri lokal müharibələr üçün müəyyən olunan standartlar üzrə inkişaf edib.
O, Talış kəndində gedən gecə döyüşlərindən də söz açaraq yazır ki, Xüsusi Təyinatlılar düşmənlə atəş təmasına keçib. Döyüşlərə Mİ-24G helikopterləri də dəstək verib.
Əks tərəfin bölgəyə əlavə güc gətirməsini əngəlləyə bildiyini qeyd edib. Azərbaycan tərəfinin yalnız bir ədəd T-72 tankının minaya düşdüyünü yazıb. Müəllif bu əməliyyat zamanı “Odsaçan Günvurdu” sistemlərindən istifadə etdiyini xüsusilə qeyd edib. O, yazır: “Bu sistem Suriyadan bildiyimizə görə möhkəmləndirilmiş bunkerləri belə, dağıtmaq gücündədir”.
Rus hərbi ekspert Ordumuzun zəif həlqəsinin ənənəvi olaraq şəxsi heyət, xüsusən də piyadalar olduğunu bildirir. O, yazır ki, hətta pərən-pərən düşmüş erməni bölmələrinin hədəfsiz atəşi aprelin 2-i səhər tezdən onların yerdəyişməsinin qarşısını alıb.
Bu fakta nəzər yetirilməlidir. Döyüşdən sonra qarşı tərəf verdiyi çoxsaylı itkiləri azaltmağa çalışdı.
Başqa bir rusiyalı ekspert, araşdırmaçı, ehtiyatda olan zabit Oleq Kuznetsov ermənilərin itkilərini öz sosial səhifəsində belə şərh edib:
“Ermənistan tərəfin 2 apreldəki itkilərini hesablamaq qərarına gəldim. Belə bir hesabat alınır: vurulmuş 6 tank – 18 nəfər ekipaj üzvü deməkdir, ya ölü, ya da kontuziyalıdır. Başqa variant yoxdur. Çıxaq 4 batereya, 4 qurğu (əgər qaubitsadırsa), əgər 15 qurğu ləğv edilibsə, bu 90 nəfər şəxsi heyət deməkdir. Qurğunun ləğvi zamanı heyətin yarısı məhv olur. Əgər artilleriyadırsa, bu 90 nəfər ölü, yaralı, kontuziyalı deməkdir. Minamyot batereyası olduğu halda isə 60 nəfər ölü, yaralı və kontuzyalı deməkdir. Silahlı qüvvələr üzrə 200-300 nəfərlik şəxsi heyətdən minimum 78, yaxud 108 nəfər itki ehtimalı var. Möhkəmləndirilmiş rayonda batalyonun tərkibində 350-400 nəfər varsa, itki 15-30% təşkil edir. Bu da 50-200 nəfər arasında dəyişə bilər. Erməni tərəf polkun hüquqşünasının Talış kəndində itkin düşdüyünü bəyan edib. Əgər Talış kəndində polk vardısa, itkilər üçqat çoxdur, yəni 150-500 nəfər arası dəyişə bilər. Deməli, Azərbaycan Müdafiə Nazirliyinin düşmənin itkiləri haqqında məlumatı doğrudur. Əks halda, ermənilər ilk atəşdən silah-sursatı tökərək qaçdıqları məlum olar”.
2014-cü ildən mətbuatla əlaqəni qadağan edən Ermənistan Müdafiə Nazirliyi ciddi cəhdlə “az itki” haqqında informasiyaları yaymağa çalışır. Azərbaycanın itkilərini çoxaltmaq barədə sifarişlərinə içimizdəki satqınlar da canfəşanlıqla girişiblər. 1994-cü ildən bəri düşmən ən böyük zərbədən param-parça olduğunu gizlətmək üçün tutarlı faktlara malik deyil.
Başqa bir rusiyalı publisist Andrey Epifantsevin (Publizizt.ru, 10 aprel 2016) yazısını diqqətinizə çatdırıram: (ixtisarla):
- Bu savaş deyildi. Bakı beynəlxalq ictimaiyyətin diqqətini bu münaqişəyə cəlb etməyi bacardı. İnformasiya baxımından güclü effekt alındı…
- Azərbaycan Ordusunun nümayiş etdirdiyi güc hamı üçün gözlənilməz oldu. Bu, hələ Bakının tam ordusu deyildi, onun öncül dəstələri bir neçə yaşayış məntəqəsini və ermənilərin ikionlillik boyu möhkəmləndirdiyi blok-postları ələ keçirdi. Əvvəllər hamı Qarabağı mühəndis-istehkamları baxımından alınmaz qala hesab edirdi. İndi buna kimsə inanmaz.
- Bakı Ermənistan-Rusiya və KTMT arasına bir “paz” çaldı. Ermənistan KİV-ləri çoxsaylı tənqidi fikirlərlə, günahkar arayışı və müyyən nifrətlə Moskvanın qüdrətinə və KTMT-nin status-kvonu saxlamaq üçün Ermənistana yardım edəcəyinə inamları lənətləyir. Bu da Azərbaycana sərf edir və onun üçün nailiyyət sayıla bilər.
- Yeganə mənfi məsələ beynəlxalq aləmin birmənalı şəkildə Azərbaycanı münaqişəni qızışdıran tərəf kimi tanımasıdır. Bu sahədə də etiraz dalğası yaranmayıb, bu şübhələr yaxın günlərdə unudulacaq…
Beləliklə, 3:1…
96 saatlıq əməliyyat zamanı araşdırmalara görə, düşmən tərəf 24 ədəd T-72 tankı, 8 ədəd PDM-2, 16 ədəd hərbi təyinatlı texnika itirib, iki hərbi rayon və iki hərbi qərargah sıradan çıxarılıb. Öncə heç bir tank itkisi olmadığını bəyan edən düşmən tərəf bu gün Qarabağ separatçılarının ağzıyla (“Aztsax.press.am) 14 ədəd T-72 tankının vurulduğunu bəyan edir. Erməni tərəf 4 apreldə bir briqadanın, daha sonra isə 28 nəfərin itkin düşməsi xəbərini yaydı. Düşmən tərəfin təkcə itirilmiş texnikaları üzrə 24 tankın ekipaj üzvü (72 nəfər, 8 ədəd PDM-2 –də 24 nəfər, 16 ədəd hərbi təyinatlı tək sürücü hesabıyla – 16 nəfər birgə götürüldükdə 112 nəfər ölü və yaralı deməkdir.
Erməni tank batalyonunun siyası işlər üzrə müavini Artak “RİA Novosti” müxbirinə bunları deyib: ”İndi vurulmuş erməni tanklarının parçalarına həm təmas xəttində, həm də təmas xəttinin dərinliklərində rast gəlmək olar”. (07.04.2016).
“Ohanyan müdafiə xətti”nin dağıdılması zamanı 18 artilleriya qurğusu məhv edilib. JAM.az saytına məlumat verən müharibədə iştirak etmiş hərbçi bildirib ki, cəbhədə 400 nəfər erməninin ölməsi xəbəri inandırıcı deyil. O, rəqəmin 600-ü keçdiyini söyləyib. ”Ağdərədəki iki erməni divizyonu toplardan atəş əmri almışdı. Onların atəşi 15 dəqiqə çəkməyib. Azərbaycanın beş helikopterini başları üzərində görüblər. Cəmi 10 dəqiqə ərzində divizionun bütün artilleriya qurğuları, hərbi texnikası və arsenalı məhv edilib. Helikopterlərin raket zərbələrindən 120 nəfərin öldüyü və 30 nəfərin yaralandığı məlum oldu”.
JAM.az saytı daha sonra yazır: “Qarabağda əsgər və zabitlər çatışmır. Ona görə də erməni divizionlarında 225 nəfər (NATO sistemində 150-180 nəfər) əvəzinə 70-75 nəfər xidmət edirdi. (14.04.2016).
Talış kəndindəki təmas atəşlərinədək döyüş sonuclanmışsa, burada düşmənin 200-300 nəfər itki verdiyi qaçılmazdır.
Cənub istiqamətində bir artileriya divizionu və minomyot batareyasının məhv edilməsi barədə informasiyalar var. Bu ləğvetmədə düşmənin itkisi 100 nəfərdən çox hesablanır. Əməliyyataların ilk günlərindən erməni sosial şəbəkələrində Hadrut rayon xəstəxanasının meyitxanasında 300-dən çox əsgər meyitinin gizlədildiyi barədə xəbərlər yayılırdı və dərhal bu xəbərlər silindi. Fakt getdikcə öz təsdiqini tapmaqdadır.
Cəbrayıl istiqamətində 2 apreldə öldürülən erməni hərbçinin cəsədi “168.am” saytının məlumatına görə, 12 aprel 2016-cı ildə dəfn olunub. Bu polkovnik Alesan Aleksanyanın Gümrüdəki dəfn xəbərləridir. Döyüşlərdən yaralı olaraq xəstəxana, lazaret və hospitallara yerləşdirilənlərin sayının 350-400 nəfər olduğu söylənilir.
Ermənistan MN Hərbi Tibb İdarəsi rəisinin müavini A.Qalstayn 125 nəfər ağır yaralının xaricdə müalicəyə ehtiyacı ola biləcəyini söyləyib. (“Armenian Report”, 16.04.2016). Lakin bir neçə gün sonra o, eyni bəyanatda rəqəm dəyişikliyi edərək, 48 nəfər şəklində söylədi. Bu fakt ermənilərin ölənlər və yaralananların sayı ilə statistik manipulyasiya etdiklərini bir daha təsdiqləyir.
Bölgədə muzdlu döyüşçülərlə erməni hərbçilər, yerli əhali ilə erməni hərbçilər və ərazilərə zorla cəlb edilən suriyalı erməni köçkünlərlə hərbçilər arasında ciddi insidentlər baş verməkdədir. Muzdlular erməni tərəfin onların meyitlərini hörmətsiz şəkildə Ağdam ərazisində bir quyuda toplum halında basdırmasına, həlak olmuş muzdlu-terrorçuların meyitlərinin şəkillərini Azərbaycan diversantları kimi saytlara yerləşdirməsinə etiraz edərək, bölgəni tərk etməyə çalışırlar. Bölgədə kazak, rus, PKK-lı Vekka vadisindən ASALA-nın cəlb etdiyi suriyalı livanlılardan ibarət polk var. Söylənənlərə görə, onlar Əsgəran ərazisində Daşbulaq kəndində yerləşdirilib. Onların bu əməliyyat zamanı itkiləri 75 nəfər, yaralıları 25 nəfərdir. Bu yaralılar əsasın Şuşa şəhərində xəstəxanaya yerləşdirilib.
Erməni təbliğatına uyub döyüş bölgəsinə yollanan keçmiş döyüşçülərin avtobusu vurulub. Avtobusda 18 nəfər olub. İlk məlumatda 7 nəfərin öldüyü və daha sonra xəstəxanada 4 nəfərin öldüyü xəbərləri var. Qalanların isə vəziyyəti ağır olaraq qalır: 11 ölü, 8 yaralı.
Azərbaycan tərəfi birtərəfli qaydada atəşkəs elan etdiyi gün “Panarmenian” Kəlbəcər ərazisində 2 nəfər erməni hərbçinin öldürülməsi xəbərini yaydı. Şimal cəbhəsində Keçəl Təpə ərazisində ləğv edilmiş qərargah “Ohanyan müdafiə xətti”nin ən fəal hərbi rayonu sayılırdı və bu qərargahda da ölən və yaralananlar haqqında düşmən informasiya sızıntısını qadağan edib. Burada da qondarma respublikanın bir generalı və çoxsaylı zabitləri məhv edilib. “Artsaxpress.am” itkilərin 1 polkovnik, 2 podpolkovnik, 5 mayor, 3 kapitan, 7 baş letenant, 2 leytenant olduğunu bildirib.
Hazırda Ermənistan tərəfi öz meyitlərini yerbəyer etməklə yanaşı, bölgəyə əlavə qüvvələr daşımaqdadır. Atəşkəs aprelin 7-də saat 14:00-da qüvvəyə mindikdən sonra əməliyyat zamanı düşmən tərəfdə mərmi yaralanması səbəbilə həlak olmuş 7 nəfər şəhidimizin alındığını Azərnaycan tərəfi olduğu kimi bəyan etsə də, erməni tərəfi geri aldığı 18 meyitin sayını “Panarmenian” saytında 2 nəfər kimi göstərdi. BQXC-nin vasitəçiliyi ilə həyata keçirilən bu deyişmədə Azərbaycan tərəfi itkin bilinən şəhidlərini tələb etsə də, erməni tərəf meyitlərdən imtina etməyə başladı.
BQXC rəhbərliyi Ermənistanın antiinsani tövründən təəccübləndiyini belə, gizlətmədi. Azərbaycan MN bu barədə də bəyanat yayaraq, Ermənistan tərəfini qınadı.
Aprel ayınınn 2-dən apardığım araşdırmalardan və müşahidələrdən yəqin etdim ki, düşmən tərəf bu əməliyyat zamanı 678 nəfər canlı qüvvəsini itirmiş, 313 nəfər isə ciddi yaralanma diaqnozu ilə hospital və xəstəxanalara yerləşdirilmişdi. 24 ədəd T-72 tankı, 8 ədəd PDM-2, 16 ədəd hərbi təyinatlı avtomobil, 22 ədəd artileriya qurğusu, minamyot batereyası, iki hərbi qərargah, müdafiə istehkamlı iki hərbi rayon itkilərə məruz qalıb.
Öldürülənlər arasında Qarabağdan olan hərbçilərin az olması erməni cəmiyyətində çatlar yarada bilib. “I Land” TV-də qonaq olan beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut ölənlərin əksəriyyətinin Ermənistan Respublikasından olmalarını xüsusilə vurğuladı. Qondarma respublikanın “qüdrətli” ordusu 678 nəfər meyitin içərisində 2 əsgər və 6 nəfər zabit, muzdlu ilə təmsil olunur.
Bu gün ciddi informasiya savaşına girməyi düşünməliyik. Bu gün heç olmasa rusdilli saytlarımız informasiya sahəsində ciddi işlər görməlidir. Hökumət bu sahəyə ciddi dəstək verməlidir. Yoxsa anası bəlli Ramis Yunusun “Azərbaycan saatı”nın rusca redaksiyasında öz tayı Emin Əhmədbəyovla Ordumuza, dövlətimizə qara yaxmasının zamanı deyil.
Bu gün Ordumuzun uğurlu əməliyyatlarına kölgə salmaq istəyən hər kəs əks cəbhənin tapşırıqlarını yerinə yetirməyə çalışır. Ermənistan tərəf Azərbaycan ordusunun 300 kv.km ərazini, 8 hərbi strateji yüksəkliyi və 5 yaşayış məntəqəsini azad etdiyini söyləsə də, bizim müxalifyönlü bir para şəxslər bu uğuru “təpəcik!” deyə təqdim etməyə girişiblər.
Rusiyalı hərbi ekspert A.Ramm öz araşdırmasında yazır: “Azərbaycan Ordusu öz gücünü nümayiş etdirdi və qəfil kəşfiyyat hücumuyla strateji yüksəklikləri ermənilərdən təmizlədi. Hətta kənddə gecə döyüşü getdiyi bildirilir. Lakin kəşfiyyatçılar ustalıqla və qəfil hücumla ermənilərin mövqelərini darmadağın edib və rəqib nə baş verdiyini çox gec anlayıb”. (“Военно промышленный курвер”).
Bu gün Rusiya ordusunu döyüşə cəlb edə bilməyən Ermənistan rus mediasını tam şəkildə əldə saxlayır. Ona görə də informasiya strategiyamızı hazırlamalıyıq. Bu gün qardaş Türkiyənin “İhlas Haber Ajansı” informasiya agentliyinin Fuad Abbasovu ermənilərə verdiyi cavaba görə işdən uzaqlaşdırması faktı ortadadır. Bu qardaş dediyimiz bir ölkənin informasiya agentliyi üçün ayıbdır.
İnformasiya cəbhəsində hər kəs əlində silah dayanan öndəki əsgəri düşünməlidir. O, hər birimizin qardaşı və övladı ola bilər.
Bu gün düşmən tərəfin müdafiə naziri öz torpağımızdan “bir qarış belə verməyəcəyini”, Rusiya tərəfi öz torpağımızdan “5 və ya 7 rayon qaytarmaq planı”nı, Qərb “status-kvonun bərpasını” bəyan edir. Bizim ölkənin rəhbəri və Ali Baş Komandanı İlham Əliyev, müdafiə naziri Zakir Həsənov ərazilərimzin bütövlüyünü və suveren hüquqlarımızın bərpasınə tələb etməkdədir. Bu gün 5 və ya 7 rayon təklif edənlər unutdurmağa çalışırlar ki, guya Dağlıq Qarabağın bizlərə heç bir aidiyyatı yoxdur.
Rusiyanın rolunu şişirdənlər müharibədə Rusiyanın 90-ci illərdəki kimi birbaşa iştirak edəcəyini düşünürlər. Amma strateji partnyorluq baxımından Azərbaycan Rusiyadan imtina etməyib. Rusiya da Qafqazdan əl çəkmək fikrində deyil. Hansısa “kiçik ərazilər” hesabına Rusiya təkcə Ermənistanla kifayətlənmək firkində deyil. Hazırki beynəlxalq şəraitdə Rusiyaya bircə yol daha sərfəli görünür.: neytral qalmaq.
Çünki 1991-1994-ci illərdəki kimi açıq müdaxilə Rusiyaya yaxşı heç nə vəd etmir. Daxildəki etnik çatışmaların alovlanması NATO və Rusiya qarşıdurması, sanksiyaların dərinləşdirilərək tam izolyasiya siyasəti kimi yürüdülməsi baş verə bilər. Çünki Rusiya Moldovada Dnestryanı, Gürcüstanda Abxaziya və Osetiya, Ukraynada Donbas, Luqansk və Krım, Suriyada hər an alovlana biləcək milli münaqişə ocaqlarında tərəf kimi tanınır. Forposta çevrilən Ermənistanın Rusiyaya təsir etmək rıçaqları yoxdur. Bu münaqişədə Azərbaycan və Ermənistan tək buraxılacaq və Rusiyanın strateji əməkdaşlığını qalib və məğlub tərəflə keçmişdə olduğu kimi davam etdirəcəyi görünməkdədir.
Bunu anlayan Ermənistan rejimi körpüləri yandırdığına görə müharibə aparmaq zorundadır. Çünki illərcə erməni diasporunun milyardları bu münaqişə bəhanəsiylə dağıdılıb.
Savaşa hazır olun. Biz 7 rayon uğrunda deyil, Xankəndinin düşmən işğalından azad edilməsi uğrunda savaşacağıq, başqa alternativ yoxdur.
Bu Vətən hamımızındır, Hər birimiz əsgər olmalıyıq!…
Xaqani Ədəboğlu