Kerri və Lavrov Qarabağ münaqişəsini müzakirə etdilər
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər.
Modern.az xəbər verir ki, xarici siyasət idarəsinin rəhbərləri konflikt tərəfləri arasında əmin-amanlığın bərpası üçün səyləri davam etdirməyin vacibliyini vurğulayıblar.
Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi brifinq zamanı bildirib.